Aşağı Qaramanlı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
AŞAĞI QARAMANLI
39°26′30″ şm. e. 49°01′31″ ş. u.
Ölkə  Azərbaycan
Rayon Neftçala rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
Aşağı Qaramanlı xəritədə

Aşağı QaramanlıAzərbaycan Respublikasının Neftçala rayonunun inzibati ərazi vahidində kənd.

Tarixi[redaktə | mənbəni redaktə et]

Kəndin adı türkdilli qədim qaramanlı (qaraimanlı kimi də qeydə alınmışdır) tayfasının adı ilə bağlıdır. Oykonimin əvvəlinə aşağı sözü onu digər eyniadlı kənddən fərqləndirmək üçün əlavə edilmişdir.[1]

Keçmiş Nuruş Əliyev adına kolxoz bu kənd ərazisində yerləşirdi. Kəndin Lapatin adlanan hissəsində talışlar məskunlaşmışdır və buranın əhalisi Lerikin Lapatin adlı ərazisindən gəlmişdir.

Coğrafiyası və iqlimi[redaktə | mənbəni redaktə et]

Rayon mərkəzindən 28 km şimal-qərbdə, Salyan—Neftçala şose yolu kənarında, Kür çayının sağ sahilində, Salyan düzündədir.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Azərbaycan toponimlərinin ensklopedik lüğəti. 2 cilddə. Bakı-2007. I cild, səh.56.