Bayram Babaşov
Bayram Babaşov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Cəlilabad rayonu, Azərbaycan |
Vəfat tarixi | (27 yaşında) |
Vəfat yeri | Kəlbəcər rayonu, Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Xüsusi Təyinatlı Qüvvələr |
Rütbəsi | Baş leytenant |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Murovdağ döyüşləri |
Təltifləri |
Bayram İlqar oğlu Babaşov (9 iyul 1993, Cəlilabad rayonu – 2 oktyabr 2020, Kəlbəcər rayonu) - Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, Vətən Müharibəsinin şəhidi.
Həyatı[redaktə | mənbəni redaktə et]
Bayram Babaşov 1993-cü il iyulun 9-da Cəlilabad rayonunun Günəşli kəndində anadan olub.[1] 2009-2012-ci illərdə Cəmşid Naxçıvanski adına hərbi liseydə təhsil alıb.2012-2016-cı illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ali təhsil alıb.
Ailəli idi. 1 övladı yadigar qaldı.
Hərbi xidməti[redaktə | mənbəni redaktə et]
Azərbaycan Ordusunun baş leytenantı olan Bayram Babaşov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Bayram Babaşov oktyabrın 2-də Murovdağ döyüşləri zamanı şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Bayram Babaşov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
Təltifləri[redaktə | mənbəni redaktə et]
- (24.06.2021) — "Vətən uğrunda" medalı (ölümündən sonra)[3]
İstinadlar[redaktə | mənbəni redaktə et]
- ↑ Müdafiə Nazirliyi. "İkinci Qarabağ müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF). www.mod.gov.az (Azərbaycan Müdafiə Nazirliyinin rəsmi saytı) (az.). 22.01.2021. 2021-01-22 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 22.01.2021.
- ↑ Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı". www.president.az. 24.06.2021. 2021-06-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.06.2021.
- ↑ Azərbaycan Dövlət İnformasiya Agentliyi. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı". www.azertag.az. 24.06.2021. 2021-06-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.06.2021.
- 9 iyulda doğulanlar
- 1993-cü ildə doğulanlar
- 27 yaşında vəfat edənlər
- 2 oktyabrda vəfat edənlər
- 2020-ci ildə vəfat edənlər
- Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantları
- "Vətən uğrunda" medalı ilə təltif edilənlər
- Əlifba sırasına görə hərbi xadimlər
- Cəlilabad rayonunda doğulanlar
- Kəlbəcər rayonunda vəfat edənlər