Günəşli (Cəlilabad)

Günəşli (əvvəlki adı: Pokrovka) — Azərbaycan Respublikasının Cəlilabad rayonunun Günəşli kənd inzibati ərazi dairəsində kənd.[1] Azərbaycan Respublikası Milli Məclisinin 27 mart 2001-ci il tarixli, 110-IIQ saylı Qərarı ilə Cəlilabad rayonunun Pokrovka kənd inzibati ərazi dairəsi tərkibindəki Pokrovka kəndi Günəşli kəndi, Pokrovka kənd inzibati ərazi dairəsi Günəşli kənd inzibati ərazi dairəsi adlandırılmışdır.[2]

Günəşli
39°17′19″ şm. e. 48°34′11″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 6.176 nəf. (2009)
Xəritəni göstər/gizlə
Günəşli xəritədə
Günəşli
Günəşli

Oykonim oğuz türkmənlərinin tərkib hissələrindən biri olan günəşli (gündəşli) oymağının adı ilə bağlıdır.[3]

Pokrovka Rusiyanın köçürmə siyasəti zamanı salınmış kəndlərdən biridir. 1914-cü ildə kənddə məktəb tikildi. Lakin 20-ci əsrin ortalarından – təxminən 60-cı illərdən başlayaraq ruslar Pokrovkadan köçdükcə onların yerlərini azərbaycanlılar tutdular. Hazırda Pokrovka kəndinin hamısı azərbaycanlılardan ibarətdir. Kəndin adı 2001-ci ildə dəyişdirilərək Günəşli adlandırılıb.

Tarixi abidələri

[redaktə | mənbəni redaktə et]

Kənddə rusların keçmişdə yaşadığını göstərən yeganə abidə pravoslav kilsəsidir. İki əsrə yaxın yaşı olan rus kilsəsi bu gün də tarixi abidə kimi qorunub saxlanmaqdadır.[4]

2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 6176 nəfər əhali yaşayır.[5]

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıqheyvandarlıq təşkil edir.

  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
  2. "Azərbaycan Respublikasının bəzi rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklərin edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 27 mart 2001-ci il tarixli, 110-IIQ saylı Qərarı". 2019-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-28.
  3. Günəşli (Cəlilabad) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.
  4. Azərbaycanda rus icması[ölü keçid]
  5. Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629