Hans fon Aaxen

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Hans fon Aaxen
Doğum tarixi
Doğum yeri
Vəfat tarixi
Vəfat yeri
Dəfn yeri
Fəaliyyəti rəssam, diplomat, dizayner
Janr Rəssamlıq
Stil alman intibahı[d]
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Hans fon Aaxen (1552-4 mart 1615) — Alman rəssamı.

Həyatı[redaktə | mənbəni redaktə et]

Hans fon Aaxen 1552-ci ildə dünyaya gəlib. Hələ kiçik yaşlarından sənətin incəliklərini duyub, müxtəlif cızmaqaralar etməyə başlayıb. Hansın ilk müəllimi Jerrigh olub. Bir müddət rəssamlığın incəliklərini öyrəndikdən sonra müəlliminin məsləhətiylə 1574-cü ildə təhsilini davam etdirmək üçün İtaliyaya gedib. Roma və Florensiyanı gəzib, ancaq sonunda Venesiyaya yerləşib. Əvvəl Kaspar Remsin şagirdi olub. Daha sonra, o zamanlar almaniyalı sənətkarlar Bartholomeus Spranger və Hendrick Goltziusun tərzindən də təsirlənərək öz Maniyerist texnikasını inkişaf etdirmək üçün Tintoretto və Michelangelo janrında işləməyə başlayıb.

1588-ci ildə Almaniyaya geri qayıdır. Burda zadəganların portretini çəkən məşhur bir rəssam kimi tanınmağa başlayır. Münihdə bəstəkar Orlando de Lassonun qızı Regina ilə evlənir. 1592-ci ildə Müqəddəs Roma İmperatoru 2-ci Rudolphun şəxsi rəssamı olur. İmperatorun Rəsm Komissiyasında vəzifəsini yerinə yetirmək üzrə 1601-ci ildə Praqaya gedir.

Peter İsaakCozef Heinz məhz onun şagirdləri idi. Ömrünün sonunadək Praqada yaşayıb –yaradan rəssam 1615-ci il martın 4-də Praqada da vəfat edib.

İstinadlar[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

  1. 1 2 Union List of Artist Names (ing.).
  2. 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.