Hans fon Aaxen (1552-4 mart 1615) — Alman rəssamı.
Hans fon Aaxen | |
---|---|
alm. Hans von Aachen | |
Doğum tarixi | |
Doğum yeri | |
Vəfat tarixi | |
Vəfat yeri |
|
Dəfn yeri | |
Fəaliyyəti | rəssam, diplomat, dizayner |
Janr | Rəssamlıq |
Stil | alman intibahı[d] |
Vikianbarda əlaqəli mediafayllar |
Hans fon Aaxen 1552-ci ildə dünyaya gəlib. Hələ kiçik yaşlarından sənətin incəliklərini duyub, müxtəlif cızmaqaralar etməyə başlayıb. Hansın ilk müəllimi Jerrigh olub. Bir müddət rəssamlığın incəliklərini öyrəndikdən sonra müəlliminin məsləhətiylə 1574-cü ildə təhsilini davam etdirmək üçün İtaliyaya gedib. Roma və Florensiyanı gəzib, ancaq sonunda Venesiyaya yerləşib. Əvvəl Kaspar Remsin şagirdi olub. Daha sonra, o zamanlar almaniyalı sənətkarlar Bartholomeus Spranger və Hendrick Goltziusun tərzindən də təsirlənərək öz Maniyerist texnikasını inkişaf etdirmək üçün Tintoretto və Michelangelo janrında işləməyə başlayıb.
1588-ci ildə Almaniyaya geri qayıdır. Burda zadəganların portretini çəkən məşhur bir rəssam kimi tanınmağa başlayır. Münihdə bəstəkar Orlando de Lassonun qızı Regina ilə evlənir. 1592-ci ildə Müqəddəs Roma İmperatoru 2-ci Rudolphun şəxsi rəssamı olur. İmperatorun Rəsm Komissiyasında vəzifəsini yerinə yetirmək üzrə 1601-ci ildə Praqaya gedir.
Peter İsaak və Cozef Heinz məhz onun şagirdləri idi. Ömrünün sonunadək Praqada yaşayıb –yaradan rəssam 1615-ci il martın 4-də Praqada da vəfat edib.