Yumruyarpaq yemişan
Yumruyarpaq yemişan | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Yarımtriba: Cins: Növ: Yumruyarpaq yemişan |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
||||||
|
Yumruyarpaq yemişan (lat. Crataegus rotundifolia) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü.
Təbii yayılması[redaktə | mənbəni redaktə et]
Vətəni Şimali Amerikadır.
Botaniki təsviri[redaktə | mənbəni redaktə et]
Hündürlüyü 6 m-ə çatan çoxgövdəli, sıxçətirli iri kol və ya ağacdır. Yarpaqları yumurtavari, kənarları iri dişlidir. Çiçəkləri ağ, diametri 2 sm-dir. 8-10 ədədi çətir çiçək qrupuna yığılmışdır. İyun ayında çıçəkləyir, meyvələri qırmızı, yumru çəyirdəkmeyvədir, sentyabrda yetişir.
Ekologiyası[redaktə | mənbəni redaktə et]
Yumru yarpaqlı yemişan qışa, quraqlığa, şəhər şəraitinə digər yemişan növlərinə nisbətən daha çox davamlıdır.
Azərbaycanda yayılması[redaktə | mənbəni redaktə et]
Respublikanın bəzi bölgələrində mədəni şəraitdə becərilir.
İstifadəsi[redaktə | mənbəni redaktə et]
1737-ci ildən mədəni şəraitdə yetişdirilir. Dekorotiv xüsusiyyətlərinə əsasən canlı çəpərlərin salınmasında qiymətli bitkidir. Yemişanın meyvələrinin spirtdə ekstraktı əsəb xəstəlikləri, ürək nevrozları, hipertoniyanın müalicəsində istifadə edilir.