Yeni Zelandiya yaponları
Ümumi sayı |
---|
18.141[1] (2018) |
Yaşadığı ərazilər |
Kraystçerç, Vellinqton, Oklend |
Dili |
Dini |
Yeni Zelandiya yaponları və ya yapon əsilli yeni zelandiyalılar (日系ニュージーランド人, Nikkey Nyucirandocin?) – Yeni Zelandiya dövlətinin ərazisində yaşayan yapon əsilli şəxslər. Bu qrupa həm yapon immiqrantlar, həm də Yeni Zelandiyada doğulmuş yapon əsilli şəxslər daxildir.
Tarixi[redaktə | mənbəni redaktə et]
XIX əsr[redaktə | mənbəni redaktə et]
Yeni Zelandiyaya gələn ilk yaponlar sirk sənətçiləri olmuşdurlar.[2] 1874-cü ildə Yaponiyadan gələn akrobatlar və güləşçilər Yeni Zelandiyada çıxış etmişdirlər.[2]
1880-ci illərdə Yaponiyaya məxsus donanma gəmiləri Yeni Zelandiyaya səfərlər etmişdir.[2] Yaponiyanın gəmi kapitanlarından biri maori kralı Tafiaoya samuray zirehi təqdim etmişdir.[2] 1886-cı ildə Yaponiya jurnalisti Şiqa Şiqetaka Yeni Zelandiyaya səfər etmiş və ölkədəki irqi ayrı-seçkilik haqqında yazmışdır.[2] Te Ati Ava ivisinin lideri və Yeni Zelandiya siyasətçisi olan Vi Tako Nqatata onunla görüşmüş və ona lələk plaşı hədiyyə etmişdir.[2]
XIX əsrdə ancaq iki yapon Yeni Zelandiyada məskunlaşmışdır.[2] 1890-cı ildə Blaff limanına çatan Asaciro Noda Yeni Zelandiyada məskunlaşan ilk yapon olmuşdur.[2] Ölkədə məskunlaşan ikinci yapon olan Kazuyuki Tsukivava isə Danidin şəhərində yaşamağa başlamış və 1907-ci ildə Yeni Zelandiya vətəndaşlığı almışdır.[2] Onlar Yeni Zelandiyada dənizçi və aşpaz kimi işləmiş, evlənmiş və ailə sahibi olmuşdurlar.[2]
1900–1945[redaktə | mənbəni redaktə et]
1899-cu ildə Yeni Zelandiyada qəbul edilən İmmiqrasiya Məhdudiyyəti Aktı yaponların ölkəyə miqrasiya etməsinə mane olmuşdur.[3] 1915–19-cu illərdə Yeni Zelandiyaya cəmi 55 yapon gəlmişdir.[3] 1920-ci illərə qədər ancaq 14 yapon kişi Yeni Zelandiyada məskunlaşmış, İkinci dünya müharibəsinə qədər isə ancaq 10 yapon Yeni Zelandiya vətəndaşlığı ala bilmişdir.[3] Onlardan üçü Şimal adasının Şərq sahilində məskunlaşmışdı.[3]
İkinci dünya müharibəsi zamanı ölkənin beş yapon sakini "düşmən" hesab edilərək Vellinqton limanında yerləşən Matiu adasında həbs edilmişdir.[3] Feterston qəsəbəsində yerləşən əsir düşərgəsində isə yüzlərlə yapon müharibə əsiri saxlanılmışdır.[3] Həbs düşərgəsində baş verən üsyanların birində 48 yapon müharibə əsiri öldürülmüşdür.[3]
İkinci dünya müharibəsindən sonra[redaktə | mənbəni redaktə et]
İkinci dünya müharibəsindən sonra Yaponiya ilə Yeni Zelandiya arasındakı münasibətlər yaxşılaşmışdır.[4] 1965-ci ildə Messi Universiteti ölkədə yapon dilini tədris edən ilk universitet olmuşdur.[4] 1986-cı ildə ölkədəki immiqrasiya kriteriyaları dəyişmiş və Yeni Zelandiyaya gələn yaponların sayında böyük artım baş vermişdir.[4] Yeni Zelandiyada yaşayan yaponların sayı 1996-cı ildə 7.461, 2006-cı ildə 11.910, 2011-ci ildə isə 14.118 olmuşdur.[4] 1987-ci ildə Yeni Zelandiyaya gələn yapon turistlərin sayı 66.404 olduğu halda, 1997-ci ildə bu rəqəm 162.736-ya çatmışdır.[4]
1990-cı illərdən etibarən bir çox yapon tələbə təhsil məqsədilə Yeni Zelandiyaya gəlir və dil məktəblərində təhsil alır.[4] 1996-cı ildə yaponlar Yeni Zelandiyanın ən böyük 19-cu etnik qrupu idilər.[5]
Texniki problemlərə görə qrafiklər müvəqqəti olaraq söndürülüb. |
Vəziyyət[redaktə | mənbəni redaktə et]
2018-ci ilin məlumatına əsasən Yeni Zelandiyada 18.141 yapon əsilli şəxs yaşayır.[1] Yeni Zelandiyaya gələn yaponların çoxu işləmək, evlənmək, qohumların yanına köçmək və ya təhsil almaq məqsədilə gəlir.[6] Yapon icması mədəniyyət tədbirlərinin, xüsusilə, "Yaponiya günləri"nin keçirilməsində iştirak edir.[6] Ölkədə karaoke barları və yapon restoranları fəaliyyət göstərir.[6]
Yeni Zelandiya yaponları əsasən Şimal adasında məskunlaşıblar.[5] Ölkədəki ən böyük yapon icması Oklend şəhərində yerləşir.[6] Yaponların çoxu Oklendin şərqində yaşayır. Digər yapon icmalarına Kenterberi, Vellinqton və Hoks-Bey icmaları aiddir.[6]
İstinadlar[redaktə | mənbəni redaktə et]
- ↑ 1 2 "2018 Census Ethnic Group Summaries:Japanese". Statistics New Zealand. 2021-12-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 avqust 2022.
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 Copland, Tessa. "Japanese - East and West: early days". Te Ara - the Encyclopedia of New Zealand (ingiliscə). 2022-04-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 avqust 2022.
- ↑ 1 2 3 4 5 6 7 Copland, Tessa. "Japanese - Contact 1900–1945". Te Ara - the Encyclopedia of New Zealand (ingiliscə). 2021-12-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 avqust 2022.
- ↑ 1 2 3 4 5 6 Copland, Tessa. "Japanese - Post-war changes". Te Ara - the Encyclopedia of New Zealand (ingiliscə). 2021-12-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 avqust 2022.
- ↑ 1 2 Tanaka, Koichi. "Characteristics of Japanese residents in New Zealand: a comparison with other ethnic groups". Asian Studies Review. 23 (1). 1999: 69–92. doi:10.1080/10357829908713221. ISSN 1035-7823.
- ↑ 1 2 3 4 5 Copland, Tessa. "Japanese - Community and culture". Te Ara - the Encyclopedia of New Zealand (ingiliscə). 2022-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 avqust 2022.