Dinsizlik

Dinsizlik, kontekstə bağlı olaraq, ateizm, aqnostisizm, deizm, skeptisizm, azad düşüncə və ya dünyəvi humanizm mənası daşıya bilən bir sözdür.


Din

Dini özünüdərkin növləri

Monoteizm  · Dualizm  · Politeizm  · Deizm · Teizm  · İtsizm · Panteizm · Pandeizm

İbtidai inanclar

Totemizm  · Animizm  · Fetişzm  · Şamanizm

Dünya dinləri

Buddizm · Bəhailik

İbrahimi dinlər

İudaizm · Xristianlıq · İslam

Dharma dinləri

İnduizm · Caynizm · Siqhizm · Buddizm

Ənənəvi Uzaq Şərq dinləri

Daoizm · Konfutsiçilik · Şintoizm

Digər dinlər

Tenqriçilik  · Zərdüştilik

Əsas anlayışlar

Tanrı · Ruh · Günah  · Sakrallıq · Ruh · İman  · Doqmat · Müqəddəs Kitablar  · Ölümdən sonrakı həyat  · İbadət  · Məbəd

Dinlərin siyahısı

g · m

İnsanların dini baxışlar üzrə bölgüsündə Dentsu Institute (2006) və Zuckerman (2005) təşkilatlarının statistikası əsas götürülür. Verilən rəqəmlər maksimal qiymətlərdir. Statistikaya görə, 16% dünya əhalisi (1,1 milyard insan) özünü "dinsiz" sayır, buraya aqnostiklər, ateistlər, dünyəvi humanistlər və dini görüş haqda suala "yox", "dini seçimim yoxdur" deyə cavab verən kəslər aiddir. Araşdırmalara görə, varlı ölkələr daha çox dinsizdir, kasıblar isə dindardır; "təhsillilik" və "təhsilsizlik" göstəricisi də buna müvafiqdir.[1][2].

Hesabatda qeyd olunur ki, dinsizlər müəyyən qədər inanclara malikdirlər, həmçinin dinsizlərin əksəriyyəti Asiya-Sakit okean bölgəsində yaşayırlar[3]. 2012-ci il sorğusu göstərdi ki, ateistlər də daxil olmaqla 36% insan dinsizdir və 2005-ci ildən 2012-ci ilə qədər onların sayı 9% artıb.[4]. Həmin mənbəyə görə, təxminən 40–50% özünü dinə bağlı saymayan insan heç olmasa tək tanrıya və ya hansısa fövqəltəbii qüvvəyə inanır.[5].

Dünya ölkələrinin göstəriciləri

[redaktə | mənbəni redaktə et]

  • Cədvəldə ölkələr üzrə dinsiz (qeyri-dindar) əhalinin azalan faizlərlə göstəricisi verilib. [A]:
Ölkə Dinsiz (qeyri-dindar) əhalinin göstəricisi, %
Estoniya 75,7
İsveç 46–85 (ortalama 65,5)
Çexiya 64,3
Vyetnam 46,1–81 (ortalama 63,55)
Danimarka 43–80 (ortalama 61,5)
Albaniya 60
Almaniya 59
Böyük Britaniya 39–65 (ortalama 52)
Yaponiya 51,8
Çin 8–93 (ortalama 50.5)
Fransa 43–54 (ortalama 48,5)
Rusiya 48,1
Belorus 47,8
Macarıstan 42,6
Ukrayna 42,4
Niderland 39–44 (ortalama 41,5)
Latviya 40,6
Şimali Koreya 36,4
Belçika 35,4
Yeni Zelandiya 34,7 (87,3 % qeyri-icbari sorğuya tutulan şəxsdən)
Çili 33,8
Lüksemburq 29,9
Sloveniya 29,9
Venesuela 27,0
İspaniya 23,3
Slovakiya 23,1
Meksika 20,5
Litva 19,4
Ölkə Dinsiz əhalinin göstəricisi, %
Avstraliya 18,7
İtaliya 17,8
Kanada 16,2
ABŞ 16,1
Argentina 16,0
CAR 15,1
Xorvatiya 13,2
Avstriya 12,2
Finlandiya 11,7
Portuqaliya 11,4
Puerto-Riko 11,1
Bolqarıstan 11,1
Filippin 10,9
Hindistan 6,6
Serbiya 5,8
Peru 4,7
Polşa 4,6
İrlandiya 6,0
İslandiya 4,3
Yunanıstan 4,0
Türkiyə 2,5
Rumıniya 2,4
Tanzaniya 1,7
Malta 1,3
İran 1,1
Uqanda 1,1
Nigeriya 0,7
Banqladeş 0,1
  1. Ю. Ю. Синелина. "Религия в современном мире". Эксперт. 2013-04-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-04-08.
  2. Елена Кофанова, Марина Мчедлова, Религиозность россиян и европейцев Arxivləşdirilib 2012-03-23 at the Wayback Machine, "Мониторинг общественного мнения". № 2 (96), март — апрель 2010.
  3. "The Global Religious Landscape - Religiously Unaffiliated". Pew Research Center. 2013-04-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-06-12.
  4. "Global Index of Religiosity and Atheism" (PDF). WIN-Gallup International. 27 July 2012. 9 April 2013 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 24 August 2012.
  5. "Major Religions of the World Ranked by Number of Adherents". Adherents.com. 2007. 2013-04-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 19 October 2012.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]