Almatı yemişanı

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Almatı yemişanı
Elmi təsnifat
Beynəlxalq elmi adı

Almatı yemişanı (lat. Crataegus almaatensis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü.

Təbii yayılması

[redaktə | mənbəni redaktə et]

Vətəni Orta Asiyadır.

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 4-6 m-ə çatan, yumru çətirli ağacdır. Yarpaqlarının diametri 7-8 sm, ayanın üst səthi tünd-yaşıl, alt səthi açıq-yaşıldır, aprelin ikinci yarsında kütləvi yarpaqlama müşahidə olunur. Çiçəkləri ağdır, diametri 1,2 sm-ə qədər olan çətir çiçək qrupuna yığılmışdır. Mayın axırı və iyunun birinci ongünlüyü daxil olmaqla 13-15 gün ərzində çiçəkləyir. Meyvələrin diametri 1,3-1,6 sm, yumru, tünd-qırmızı çəyirdəkmeyvədir, sentyabrın birinci ongünlüyündə yetişir. Vegetativ və toxumla çoxaldılır.

İşıqsevəndir, soyuq, tüstü və qaza davamlı bitkidir.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Azərbaycanın bəzi bölgələrində becərilir.

Almaata yemişanının meyvəsi, yarpağı və çiçəyi xalq təbabətində böyük müalicəvi əhəmiyyətə malikdir. Qrup və tək əkinlərdə, qoruyucu meşə zolaqlarının salınmasında istifadə edilir. Park və bağların yaşıllaşdırılmasında tətbiq edilir.