Beynəlxalq Peşəkar Futbolçular Federasiyası
Beynəlxalq Peşəkar Futbolçular Federasiyası və ya qısaca FİFPro (ing. International Federation of Professional Footballers - FIFPro) — peşəkar futbolçuların beynəlxalq həmkarlar ittifaqı təşkilatı.
Tarixi[redaktə | mənbəni redaktə et]
1965-ci ildə təsis edilmişdir. Həmin vaxt Parisdə bir araya gələn Fransa, Şotlandiya, İngiltərə, İtaliya və Hollandiyanın futbolçular assosiasiyaları peşəkar futbolçuların beynəlxalq həmkarlar ittifaqlarının əsasını qoymaqla, bu sahədə həmrəyliyi möhkəmləndirmiş oldular.
Tərkibi[redaktə | mənbəni redaktə et]
Hazırda FİFPro Avropa, Afrika, Latın Amerikası, Okeaniya və Asiya bölgələrini təmsil edən 43 milli assosiasiyanı birləşdirir.
Tədbirləri[redaktə | mənbəni redaktə et]
2005-ci ildən etibarən, FİFPro dünyanın rəmzi komandasını seçir və bu futbolçulara mükafatlar verir. 2009-cu ildən etibarən isə FİFPro ali futbol qurumu FİFA ilə birgə dünyanın ən güclü 11 futbolçusundan ibarət rəmzi komandanın heyətinin müəyyənləşdirilməsində iştirak edir.
Mənbə[redaktə | mənbəni redaktə et]
- Elnur ƏLİYEV. Futbolçuların həmkarlar ittifaqları[ölü keçid]. "Ülfət" qəzeti, 27 aprel 2012-ci il. (az.)
Xarici keçidlər[redaktə | mənbəni redaktə et]
- fifpro.org — Beynəlxalq Peşəkar Futbolçular Federasiyasının rəsmi saytı