FİFA tarixi

FIFA (fr. Fédération Internationale de Football Association, azərb. Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası‎) — futbol ve futzalın dünya səviyyəsində ali idarəedici orqanıdır. Dünyanın ilk yaradılan və ən böyük QHT-ı olan FİFA 21 May 1904-cü ildə yaradılmışdır. Təşkilata hal-hazırda 209 üzv konfederasiyalar daxildir.

FIFA-nın nizamnaməsi (1 Sentyabr 1905-ci il)

1872-ci ildə Qlazqonun Hamilton Kresent meydanında İngiltərəŞotlandiya yığmaları arasında keçən rəsmi görüş 0–0 hesabı ilə bitdi. Növbəti il Londonun Oval stadionunda keçirilən maçda isə İngiltərə Şotlandiya üzərində 4-2 hesabı ilə qələbə qazandı. Növbəti il 1873-cü ildə isə dünyanın sayca ikinci milli futbol assosiasiyası – Şotlandiya Milli Futbol Assosiasiyası yaradıldı. Buna qədər İngiltərə Milli Futboll Assosiasiyası dünyanın ilk və tək futbol təşkilatı idi, çünki o zamanlar futbol yalnız Birləşmiş Krallıqda oynanılırdı.

Futbol geniş yayıldıqca və milli komandalar arasında keçirilən görüşlərin sayı arttıqca bu oyunlara qlobal səviyyədə nəzarət edəcək bir təşkilatın yaradılmasına ehtiyac duyuldu. Beləliklə, həm milli komandalar arasında əməkdaşlığa kömək edəcəyi, həm də futbola vahid qaydalar gətirəcəyi ümidi ilə 21 May 1904-cü ildə Parisdə Fransa, Belgiya, Danimarka, Niderland, İspaniya, İsveç və İsveçrənin futbol təşkilatlarının birləşərək FİFA-nı yaratdılar. Bütün dünyada “FİFA” qısa akronimi ilə qəbul olunan təşkilatın adının fransız dilidə olması da bu faktla bağlıdır.

FIFA nizamnaməsinin ilk prinsipləri belə idi:

  1. Yalnız təmsil olunan Milli Assosiasiyalar tanınacaq.
  2. Klublar və oyunçular eyni zamanda yalnız iki Milli Assosiasiya üçün oynaya bilərlər.
  3. Bütün Assosiasiyalar hər hansı Assosiasiyanın oyunçusunun diskvalifikasiyasını tanıyacaq.
  4. Oyunlar “Futbol Oyunu Assosiasiyası MMC-nin Qanunları”na uygun şəkildə oynanılacaq.
  5. Hər Milli Assosiasiya 50 Fransız Frankı məbləğində illik üzvlük haqqı ödəməlidir.
  6. Yalnız FIFA Beynəlxalq Oyunlar təşkil edə bilər.

FiFA-nın ilk prezidenti Robert Qeren seçildi. Onun nizamnaməsi 1 Setyabr 1905-cü il tarixində qüvvəyə minənədək artıq Almanyada təşkilatın sıralarına qoşulmuşdu. 1906-cı ildə isə üzv ölkələrin yekdil səsverməsi ilə Daniel Berli Vulfol FIFA-nın ikinci prezidenti seçildi. O, futbol üçün vahid qaydaların yaradılmasında böyük uğurlar əldə etdi.

Yeni ölkələr qoşulduqca FIFA daha da böyüyür və beynəlxalq maçlara nəzarəti əlində cəmləşdirərək öz təsir dairəsini genişləndirirdi. Buna baxmayaraq, təşkilati məsələlərdə yetərincə təcrübəyə malik olmadığından 19081912ci Yay Olimpiya Oyunlarında futbol yarışları İngiltərə Milli Futboll Assosiasiyası tərəfindən keçirildi və hər iki yarışın qalibi Böyük Britaniya oldu.

1909-cu ildə CAR qoşulması ilə FİFA dünya miqyaslı təşkilata çevrildi. 1912-ci ildə ArgentinaÇili üzvlüyə qəbul olundu. ABŞKanada təşkilata 1913-cü ildə qoşuldular.

Müharibə İllərində

[redaktə | mənbəni redaktə et]

Birinci Dünya müharibəsi zamanı beynəlxalq futbol yarışları nadir hallarda keçirilirdi. 1918-ci ildə FİFA prezidenti Vulfolun ölümü ilə FİFA dağılmaq təhlükəsi ilə üzləşdi. Bu zaman onun ilk qurucularından olan və o illərdə FİFA-nın ikinci baş katibi vəzifəsində çalışan Kornelis Hirşman tək başına təşkilatı ayaqda saxlaya bildi. Hirşman 1919-cu ildə Brüsseldə FIFAnın iclasını çağırdı. Bu iclasda (İngiltərə, İrlandiya, Şotlandiya və Uelsi təmsil edən) Britaniya Assosiasiyaları İttifaq dövlətlərinin təşkilata üzv olmasına etiraz olaraq FİFAdan ayrıldılar. Onlar 1920-ci illərin əvvəllərində yenidən üzvlüklərini bərba etdilər. Jül Rime 1920-ci ildə FIFAya sədr, 1921-ci ildə prezident seçildi.

FIFA Olimpiya oyunlarında futbol yarışları təşkil etməyə başladı. 1924-ci Yay Olimpiya Oyunlarında Uruqvayİsveçrə arasında keçirilən oyunun finalını 60,000 azarkeş izlədi.

Bu uğurların davamı olaraq FIFA-nın 28 May 1928-ci il tarixli Amsterdam qurultayında Dünya Çempionatı keçirmək təklifləri müzakirə olundu. Nəhayət, növbəti Barcelona qurultayında ilk FİFA Dünya Çempionatının Uruqvayda keçirilməsi qərarına gəlindi. Lakin Avropanı cənginə alan iqtisadi böhran nəticəsində bəzi komandalar peşəkar oyunçularını itirdilər və çempionatda iştirakdan imtina etdilər . Beləliklə, yalnız dörd Avropa komandasının iştirakı ilə ilk Dünya Kuboku 18 İyul 1930-cu ildə Montevideoda açıldı.

İlk yarışa ev sahibliyi etməkdən boyun qaçıran İtaliya yenidən 1934-cü ilin Dünya Kuboku ev sahibi seçildi. İtaliya Milli Komandasının qalib olduğu Dünya Kubokunun finalı ilk dəfə radio vasitəsilə canlı yayımlandı. Növbəti dəfə İtaliya bu uğurunu İkinci Dünya Müharibəsindən öncə Fransada keçirələcək Dünya Kubokunda yenilədi.

Müharibədən sonra

[redaktə | mənbəni redaktə et]

1946-cı ildə Britaniya Assosiasiyaları yenidən FİFA-ya qoşuldu. 10 May 1947–ci ildə Qlazqonun Hampden Park stadionunda Böyük BritaniyaAvropa XI komandası arasında möhtəşəm oyun keçirildi. 135 000 azarkeşin izlədiyi bu xeyriyyə məqsədli qarşılaşma Britaniyanın 6-1 hesablı qələbəsi ilə bitti. Oyundan yığılan 35 000 funt sterlinq müharibədən sonra FİFA-nı yenidən dirçəlməsinə kömək etdi. Bu dəstəklə gücü yenidən bərpa edən FİFA 1950-ci ildə Brazilyada müharibədən sonrakı ilk Dünya Kubokunu təşkil etdi. Günü-gündən genişlənən təşkilatın 50-ci ildönümündə üzv assosiyasiyaların sayı 84-ə çatmışdı.

1950-1960-cı illər

[redaktə | mənbəni redaktə et]

1954-cü ildə Belçikalı Rudolf Sildrayers FİFA rəhbəri seçildi. Bir il sonra Sildrayersin vəfatından sonra bu posta ingilis Artur Druri gətirildi. Ancaq onun da rəhbərliyi uzun müddətli olmadı. 1961-ci ildə Artur Drurinin dünyasını dəyişməsi ilə daha öncə hakimlik etmiş Ser Stenli Rouz FİFA prezidenti oldu. Onun rəhbərliyi dövründə futbol dünyada daha geniş ərazilərə yayıldı və oyunlar ilk dəfə olaraq televiziya ilə nümayiş olunmağa başlandı. Onun prezidentliyi müddətində Dünya Kuboku əzəmətli idman hadisəsi kimi bütün dünyada şöhrət qazandı. Bununla belə, Rouzun Cənubi Afrika irqçi rejimi dəstəkləməsi və Afrika Futbol Konfederasiyası tərəfindən iştirakına qadağa qoyulan ölkənin Dünya Kubokunda iştirakına şərait yaratması onunla FİFA konfederasiyaları arasında mübahisələrə səbəb olmuşdu.

Joao Avelanjın rəhbərliyi

[redaktə | mənbəni redaktə et]

1974-cü ildə Rouzu prezident postunda brazilyalı Joao Avelanj əvəzlədi. Onun dövründə FİFA kommersiya fəaliyyətinə daha çox diqqət ayırsa da, Dünya Kubokunda bir sıra nailiyyətlər əldə olundu. Onun əməyi sayəsində 1982-ci il Dünya Kubokunda 24 komanda iştirak etmiş, 1998 -ci il Dünya Kubokunda isə komandaların sayı 32-yə çatmışdı. O Israil Milli Futbol Komandasının beynəlxalq oyunlara qatılmasına (UEFA-ya qəbuluna) köməklik göstərdi. Quam, LesotoMontseratın milli komandalarını FİFA üzvlüyünə qəbul etdi.

Sonrakı prezident Sep Blater bu siyasəti davam etdirdi və 2010-cu il Dünya Kubokuun Afrikada keçiriləcəyini vəd etdi. Futbolun müasirləşdirilməsi işlərini davam etdirən 2015-ci ildə FİFA-da korrupsiya qalmaqalından sonra istefa verən Sep BlaterI vəzifəsində yeni prezident seçilənə qədər İssa Hayatu əvəzlədi. 26 Fevral 2016-ci ildə FİFA-nın növbədənkənar konqresində Covani Infantino qurumun rəhbəri vəzifəsinə seçilmişdir.

Cənubi Korea qadağası

2006-cı ildə İsveçrə və Cənubi Korea arasındakı qarşılaşmadan sonra Cənubi Koreanın FIFA-nın rəsmi veb səhifəsinə girişi bağlandı. Koreada belə şaiyələr yayılmışdı ki, guya rəsmi səhifəyə 500 milyon koreyalı etiraz məktubu göndərdikdə FIFA adminstrasiyası İsveçrənin qələbəsini ləğv edə bilər. Bu səbəbdən Korealı istifadəçilərin saysız-sehabsız rəsmi səhifəyə girişi (IP ünvanlardan bilinirdi) problemlərə səbəb oldu və nəticədə FIFA Koreanın veb səhifəsinə girişinə qadağa qoydu.

Yüksəklik qadağası

[redaktə | mənbəni redaktə et]

2007-ci ilin Mayında FIFA çox yüksəkdə yerləşən ölkələrlə bağlı qadağa qoymaq istədi. Bu qadağaya görə 2500 metrdən yüskək olan öklələrdə futbol yarışları keçirilməsinə icazə verilməyəcəkdi.[1] Bu qadağa daha çox And dağları ölkələrini əhatə edəcəkdi və beləliklə, Boliviya (paytaxtı La Paz - 3600 m) və Ekvador (paytaxtı Kito - 2800 m) və Kolumbiyada (paytaxtı Bogota - 2640 m) beynəlxalq yarışlar keçirilməyəcəkdi. Lakin, CONMEBOL-un siyasi təsiri və beynəlxalq ictimaiyyətin qınağı [2] ilə FİFA bu qərarını ləğv etdi.[3]

2022 Dünya Kuboku haqqında söz-söhbətlər və Korrupsiya iddiaları

[redaktə | mənbəni redaktə et]

2011 Mayında Qətər 2022 Dünya Kubokunun keçiriləcəyi ölkə seçildikdən sonra İngiltərə Futbol Assosiasiyasından Lord Trisman FIFA İcra Komitəsinin iki üzvü haqqında rüşvətxorluq iddiaları irəli sürdü. Bu iddialar Qətərin seçilməsində əli olan bir şəxsin verdiyi məlumata əsaslanırdı. FIFA məsələ ilə bağlı araşdırma başlatdı və iddialar doğrulandığı təqdirdə seçimin yenidən aparılacağını açıqladı. FIFA prezidenti Sep Blater səsvermənin yenidən keçirilməsi üçün ictimai dəstəyin də güclü olduğunu söyləmişdi. Qətər rəsmiləri də, öz növbəsində iddiaları təkzib etmiş, bunun Dünya Kubokunun bu ölkədə keçirilməsinə həsəd aparanlar tərəfindən uydurulduğunu bildirmişdilər. 2011-ci ilin Mayında Lord Trisman Britaniya parlamentinin araşdırma heyətinə verdiyi ifadəsində bildirmişdi ki, Trinidad və Tobaqo Respublikasından olan KONKAKAF prezidenti Cek Ourner öz səsi müqabilində ölkəsində təhsil mərkəzi tikmək üçün 4 milyon dollar rüşvət tələb etmişdir. O hətta iddia etmişdir ki, digər yüksək rütbəli şəxs - paraqvaylı Nikolas Leos isə zadədanlıq titulu istəmişdir. Sandey Taymz qəzetinin müxbirləri ifadələrində demişlər ki, onların əldə etdiyi məlumata görə Kotdivuarlı Jak Anoumaya və Kamerunlu Issa Hayatuya hər birinə 1.5 million məbləğində olmaqla rüşvət çatıb. Onlar bu rüşvət qarşılığında Qətərin namizədliyini dəstəkləməli olublar. Günahlandırılan şəxslər bütün iddiaları təkzib etmişlər.[4] Qətər oyunlarında təhlükəsizliyə cavabdeh olan Asiya Futbol Konfederasiyasının prezidenti Məhəmməd bin Hammam korrupsiyada günahlandırıldıqdan sonra - 2011-ci ilin May ayında FIFA-nın prezidentliyinə namizədliyini geri çəkdi.[5] Qısa müddət sonra Bin Hammam və Jek UornerI araşdırma müddəti boyunca vəzifələrindən kənarlaşdırdılar.[6] Bin Hammama və Jek Uornerə qarşı ittihamları KONKAKAF katibi Çak Bleyzer rədd etdi. Buna hərəkətinə görə KONKAKAF prezidenti Layl Ostin onu vəzifəsindən azad etməyə cəhd etsədə KONKAKAF İcra Komitəsi buna mane oldu.[7]

FIFA-nın prezidentləri

[redaktə | mənbəni redaktə et]

Quruluş tarixindən günümüzə qədər FIFA-ya 8 şəxs rəhbərlik edib.[8]

No. Prezident Milliyyət Müddət
1 Robert Qeren Fransa Fransa 1904–1906
2 Daniel Burli Vulfol İngiltərə İngiltərə 1906–1918
Kornelis Hirşman (müvəqqəti) Niderland Niderland 1918–1921
3 Jül Rime Fransa Fransa 1921–1954
4 Rudolf Sildrayers Belçika Belçika 1954–1955
5 Artur Druri İngiltərə İngiltərə 1955–1961
6 Ser Stenli Rouz İngiltərə İngiltərə 1961–1974
7 Dr Joao Avelanj Braziliya Braziliya 1974–1998
8 Sep Blater İsveçrə İsveçrə 1998–2015
Issa Hayatu (müvəqqəti) Kamerun Kamerun 2015–2016
9 Covani Infantino İsveçrə İsveçrə/İtaliya İtaliya 2016–present

FIFA-nın baş katibləri

[redaktə | mənbəni redaktə et]

1904-sü ildə qurulandan indiyə qədər FIFA-nın 9 baş katibi olub:[9]

Baş katib Milliyyət Müddət
Luiz Muhlinghaus Belçika Belçika 1904–1906
Kornelis Hirşman Niderland Niderland 1906–1931
Dr. Ivo Şriker Almaniya Almaniya 1932–1951
Kurt Qasman İsveçrə İsveçrə 1951–1960
Dr. Helmut Kazer İsveçrə İsveçrə 1961–1981
Sep Blater İsveçrə İsveçrə 1981–1998
Mişel Zen-Rufinen İsveçrə İsveçrə 1998–2002
Urs Linsi İsveçrə İsveçrə 2002–2007
Jerom Valke Fransa Fransa 2007–2015
Markus Katner (müvəqqəti) İsveçrə İsveçrə 2015–2016
Fatma Samoura Seneqal Seneqal 2016–present
  1. "Focus on 57th FIFA Congress". FIFA. 27 May 2007. 12 October 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 June 2007.
  2. "Arxivlənmiş surət". 2008-02-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-06-13.
  3. "Blatter will waive La Paz altitude ban". Sports Illustrated. 6 July 2007. İstifadə tarixi: 15 July 2007. [ölü keçid]
  4. Sports Illustrated, "Sorry Soccer", 23 May 2011, p. 16.
  5. Associated Press, "Bin Hammam leaves race after allegations", Japan Times, 30 May 2011, p. 16.
  6. Associated Press, "FIFA clears Blatter, suspends Asia chief", Japan Times, 31 May 2011, p. 16.
  7. Associated Press, "CONCACAF stymies attempt to fire Blazer", Japan Times, 2 June 2011, p. 18.
  8. "FIFA Presidents". 2015-04-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-06-13.
  9. "FIFA General Secretaries over the years" (PDF). 2016-03-03 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2016-06-13.