Fazil Vahidov
Fazil Vahidov | |
---|---|
azərb. Vahidov Fazil Qulammirzə oğlu | |
Doğum tarixi | |
Doğum yeri | Ağsu rayonu, Nuran kəndi |
Fazil Vahidov — alim.
Həyatı
[redaktə | mənbəni redaktə et]Vahidov Fazil Qulammirzə oğlu 1941-ci ilin martında Ağsu rayonunun Nuran kəndində anadan olmuşdur. 1958-ci ildə Ağsu qəsəbə orta məktəbini bitirmişdir. 1958-1963-cü illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsində oxumuşdur. 1970-ci ildən BDU-da çalışır.
Təhsili, elmi dərəcəsi və elmi adları
[redaktə | mənbəni redaktə et]Ali təhsillidir. 1972-ci ildə "Ömər Faiq Nemanzadənin dünyagörüşü" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir; fəlsəfə elmləri namizədidir. 1974-cü ildən BDU-nun dosentidir.
Əmək fəaliyyəti
[redaktə | mənbəni redaktə et]- 1963-1965-ci illərdə Kürdəmir rayonundakı "Bolşevik" sovxoz 8-illik məktəbinin müəllimi;
- 1965-1967-ci illərdə Kürdəmir rayonundakı Böyük Kəngərli 8-illik məktəbinin direktoru;
- 1967-1970-ci illərdə BDU-nun Fəlsəfə kafedrasının aspirantı;
- 1970-1974-ci illərdə BDU-nun Politologiya və sosiologiya kafedrasının müəllimi və baş müəllimi;
- 1974-1991-ci illərdə həmin kafedranın dosenti;
- 1992-2006-cı illərdə BDU-nun Sosial elmlər və psixologiya fakültəsinin dekanı;
- 1991-hal-hazıradək Sosiologiya kafedrasının dosenti;
- Apardığı dərslər: Ümumi sosiologiya, Sosioloji tədqiqatın metodologiyası və metodikası;
- 80-ə qədər məqalə və tezisin, 1 broşüranın, 1 monoqrafiyanın, 4 kitabın müəllifidir;
- 7 elmlər namizədi yetişdirmişdir;
- 2007-ci ildə "İlin müəllimi" fəxri adına layiq görülmüşdür.
Tədqiqat sahəsi
[redaktə | mənbəni redaktə et]- şəxsiyyət problemi
- dünyagörüşü məsələləri
Seçilmiş əsərləri
[redaktə | mənbəni redaktə et]- 2004, "Sosiologiya". Ali məktəblər üçün dərs vəsaiti (həmmüəlliflə).
- 2008, "Sosiologiya". Ali məktəblər üçün dərs vəsaiti (həmmüəlliflə).
- 2008, "Jurnalistika və sosiologiya". Dərs vəsaiti. (həmmüəlliflə).
Kitabları
[redaktə | mənbəni redaktə et]- 1977, "Elmi dünyagörüşünün formalaşması zəhmətkeşlərin kommunist tərbiyəsinin tərkib hissəsidir"
- 1987, "Ahəngdar inkişaf etmiş şəxsiyyətin formalaşması" (həmmüəlliflə).
- 1994, "Sosiologiya". Dərs vəsaiti (həmmüəlliflərlə).
- 2005, "Sosiologiya". Ali məktəblər üçün dərs vəsaiti (həmmüəlliflə).
- 2008, "Sosiologiya". Ali məktəblər üçün dərs vəsaiti (həmmüəlliflə).
- 2008, "Jurnalistika və sosiologiya". Dərs vəsaiti. (həmmüəlliflə).
Dövlət və beynəlxalq proqram və qrantlar
[redaktə | mənbəni redaktə et]2002-2004-ci illərdə Rusiya, Polşa və Azərbaycanda "Kənd həyatı" tematikası üzrə sosioloji sorğunun təşkilatçılardan biri olmuşdur.
Tələbələrlə münasibəti
[redaktə | mənbəni redaktə et]Sosial elmlər və psixologiya fakültəsinin tələbələri fakültədə sosioloji sorğu keçirmiş, fəlsəfə, politologiya, sosiologiya, psixologiya, iqtisadiyyat ixtisasları üzrə ilin müəllimini müəyyən etmişlər. Həmin sorğunun nəticələrini elan etmək üçün 19 aprel 2010 – cu il tarixində "Qızıl SEP: ilin müəllimi" mövzusunda tədbir keçirilmişdir. BDU rəhbərliyinin iştirak etdiyi bu tədbirdə Fazil Vahidov Sosiologiya ixtisası üzrə "İlin müəllimi" seçilmiş və mükafatlandırılmışdır.