Vahidov Fazil Qulammirzə oğlu 1941-ci ilin martında Ağsu rayonunun Nuran kəndində anadan olmuşdur. 1958-ci ildə Ağsu qəsəbə orta məktəbini bitirmişdir. 1958-1963-cü illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsində oxumuşdur. 1970-ci ildən BDU-da çalışır.
Ali təhsillidir. 1972-ci ildə "Ömər Faiq Nemanzadənin dünyagörüşü" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir; fəlsəfə elmləri namizədidir. 1974-cü ildən BDU-nun dosentidir.
Sosial elmlər və psixologiya fakültəsinin tələbələri fakültədə sosioloji sorğu keçirmiş, fəlsəfə, politologiya, sosiologiya, psixologiya, iqtisadiyyat ixtisasları üzrə ilin müəllimini müəyyən etmişlər. Həmin sorğunun nəticələrini elan etmək üçün 19 aprel 2010 – cu il tarixində "Qızıl SEP: ilin müəllimi" mövzusunda tədbir keçirilmişdir. BDU rəhbərliyinin iştirak etdiyi bu tədbirdə Fazil Vahidov Sosiologiya ixtisası üzrə "İlin müəllimi" seçilmiş və mükafatlandırılmışdır.