BDU Sosial elmlər və psixologiya fakültəsi

Bakı Dövlət Universitetinin Sosial elmlər və Psixologiya fakültəsiBakı Dövlət Universitetinin fakültələrindən biri.

Sosial elmlər və Psixologiya fakültəsi
Bakı Dövlət Universiteti

Yaradılma tarixi 1991
Dekan Rövşən Cavadov
Yerləşməsi
Ölkə Azərbaycan Azərbaycan
Şəhər Bakı Bakı
Digər məlumatlar
Sayt history.bsu.edu.az

1990-cı ildə Bakı Dövlət Universitetinin tarix fakültəsinin tərkibində sosiologiya (Azərbaycan və rus bölmələri) və tarix-psixologiya, tarix və sosial-psixologiya, tarix-etnopsixologiya (Azərbay­can bölməsi) ixtisaslarına tələbə qəbulu keçirilmişdir. Bir il sonra həmin ixtisasların (sosiologiya və psixologiya) bazasında, habelə fəlsəfə və iqtisadi nəzəriyyə ixtisaslarından ibarət yeni fakültə – sosial elmlər və psixologiya fakültəsi yaradıldı.

Sosial elmlər və psixologiya fakültəsində 1992–ci ildə sosial-siyasi münasibətlər nəzəriyyəsi ixtisası (sonralar bu ixtisas politologiya adlandırılmışdır) üzrə tələbə qəbulu keçirildi. Beləliklə, universitetdə beş yeni ixtisas üzrə kadr hazırlayan mürəkkəb quruluşlu tədris-elm strukturu - sosial elmlər və psixologiya fakültəsi təşəkkül tapdı.

Fakültə yaradılarkən onun bilavasitə tabeliyində bir kafedra – fəlsəfə və sosiologiya kafedrası olmuşdur. Lakin fakültə hazırladığı ixtisaslara uyğun olaraq, öz fəaliyyətini bu kafedra ilə yanaşı, 1992-ci ildə ixtisas-buraxılış kafedralarına çevrilən daha üç ümumuniversitet kafedrasının (psixologiya, iqtisadiyyat, politologiya və sosiologiya kafedraları) bazasında təşkil etmişdir. Fakültənin fəaliyyət göstərdiyi illərin təcrübəsi tam aydınlığı ilə sübut edirdi ki, onun təşkilati strukturunun optimallaşdırılması zəruri tələbata çevrilmişdir. 1999-cu ilin iyununda fakültənin daha səmərəli işləməsi və təşkilati baxımdan möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atılmışdır: BDU rektorunun əmri ilə psixologiya, pedaqogika, politologiya və sosiologiya, iqtisadiyyat, fəlsəfə tarixi və mədəniyyətşünaslıq, təbiət fakültələri üzrə fəlsəfə, humanitar fakültələr üzrə fəlsəfə kafedraları sosial elmlər və psixologiya fakültəsinin tərkibinə daxil edilmişdir. Hal-hazırda fakültədə on kafedra, iki laboratoriya, iki tədqiqat mərkəzi fəaliyyət göstərir.

Psixologiya elmləri doktoru, Əməkdar elm xadimi pro­fes­sor Əkbər Bayramov fakültənin ilk dekanı olmuş və 20 noyabr 1992-ci ilədək bu və­zifədə işləmişdir. Həmin vaxtdan 2006–cı il dekabr ayına qədər fakültəyə fəl­səfə elmləri namizədi, dosent Fazil Vahidov rəhbərlik etmişdir. 2006-cı ilin de­kabr ayında pedaqoji elmlər doktoru professor Hikmət Əlizadə fakültə dekanı se­çilmişdir.

Sosial elmlər və psixologiya fakültəsinin nəzdində 9 kafedra fəaliyyət göstərir:

Universitetdə fəlsəfə kafedrası 1945-ci ildə yaradılmışdır. 1976-cı ildən Fəlsəfə kafedrası dialektik materializm və tarixi materializm kafedraları kimi fəaliyyət göstərmişdir. 1988-ci ildə təbiət və humanitar fakültələrin spesifikası nəzərə alınaraq, dialektik materializm kafedrasının bazasında Təbiət fakültələri üzrə fəlsəfə kafedrası, tarixi materializm kafedrasının bazasında isə Humanitar fakültələr üzrə fəlsəfə kafedrası təşkiledilmişdir. 1988-ci ildən müstəqil kafedra kimi fəaliyyət göstərən Təbiət fakültələri üzrə fəlsəfə kafedrasının müdiri, fəlsəfə elmləri doktoru, əməkdar elm xadimi, akademik Fuad Feyzulla oğlu Qasımzadə olmuşdur. 2011-ci ildə təbiət fakültələri üzrə fəlsəfə kafedrası və humanitar fakültələr üzrə fəlsəfə kafedrası birləşdirilərək fəlsəfə kafedrası kimi fəaliyyət göstərməyə başlamışdır. Bu kafedraya fəlsəfə elmləri doktoru, professor Həmid Rza oğlu İmanov rəhbərlik edirdi. 2012-ci ildən isə kafedraya dosent Hüseyn Qaraxan oğlu Məmmədov rəhbərlik edir.

Kafedranın elmi istiqaməti ümumilikdə «Sosial fəlsəfə» (09.00.11) - dən ibarətdir. Yəni, bu kafedra sosial fəlsəfənin predmetindən tutmuş onun tarixi mərhələlərlə araşdırılmasını, bir sözlə onun hərtərəfli təhlilini bir istiqamət kimi seçmişdir. Ümumilikdə kafedranın əməkdaşları «Fəlsəfədə varlıq problemi»ni tədqiq edirlər.

Humanitar fakültələr üzrə fəlsəfə kafedrasının nəzdində Sosioloji Tədqiqatlar Laboratoriyası da vardır. 1999-cu ildə yaradılan bu elmi-tədqiqat strukturunun yaradılması təhsilin elmlə əlaqəsini möhkəmləndirmək istiqamətində ciddi addım hesab oluna bilər.

Laboratoriya və mərkəzləri

[redaktə | mənbəni redaktə et]

Sosial elmlər və psixologiya fakültəsinin nəzdində 2 laboratoriya və 1 mərkəz fəaliyyət göstərir:

  • Sosioloji tədqiqatlar
  • Eksperimental psixologiya
  • İnkişaf mərkəzi