Külvari evkalipt
Külvari evkalipt | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: ???: Külvari evkalipt |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Külvari evkalipt (lat. Eucalyptus cinerea) — mərsinkimilər fəsiləsinin evkalipt cinsinə aid bitki növü.
Təbii yayılması[redaktə | mənbəni redaktə et]
Avstraliyanın Cənubi Uels və Viktoriya ştatlarında dəniz səviyyəsindən 600 m hündürlükdə yayılmışdır. XVIII əsrdə Avropaya gətirilmiş və bəzək bitkisi kimi becərilir.
Botaniki təsviri[redaktə | mənbəni redaktə et]
Hündürlüyü 12–15 m, gövdəsinin diametri 40-45 sm olan həmişəyaşıl ağacdır. Gövdəsi əyilmiş və ya düz olub, lifli qabıqla örtülmüşdür. Qabığı lifvari soyulan, qırmızımtıl-qonur rənglidir. Cavan yarpaqları növbəli yerləşmiş, uzunluğu 3,5-4,5 sm, eni 3,5-5 sm olmaqla, parlaq, mavi çalarlı, qısa saplaqlıdır. Enli-yumurtavari və neştərvari formalı yarpaqların uzunluğu 8-10 sm, eni 2,5 sm-ə catır. Yetkin yarpaqları növbəli düzülüşlü, dairəvi, bəzən enli və ya ensiz neştər formalı, bir az əyri, mum örtüklü, dərivari və oturaqdır. Uzunluğu 10-13 sm, eni isə 2,5 sm qədər olur. Çiçəkləri ikicinsli, erkəkcikləri çoxsaylı, dişiciyi birdir. Çiçək qrupu çətirvari, yarpaq qoltuğunda, 3-6 çiçəkli, çətirin saplağı silindrvari, uzunluğu 4–9 mm, qönçələri oturaq, bəzən sancaqvari olub, bozumtul rəngli, uzunluğu 10 mm, 6 mm, konusvari qapaqcığı vardır, çiçək yatağının saplağından qısadır. Meyvələri oturaq, şarvari və ya enli armudvari, 6–10 mm uzunluqda, 7–10 mm enindədir.
Ekologiyası[redaktə | mənbəni redaktə et]
Bitki zədələnmədən qısa müddətli soyuqlara (-11-130C) dözür. Torpağın nəmişliyinə və məhsuldarlığına orta miqdarda tələbkar, duzluluğa və əhəngin olmasına mənfi reaksiya verir. Bataqlıq torpaqlarda normal böyüyüb inkişaf etmir.
Azərbaycanda yayılması[redaktə | mənbəni redaktə et]
Lənkəran və Bakıda mədəni şəraitdə becərilir.
İstifadəsi[redaktə | mənbəni redaktə et]
Dermatologiya və kosmetikada evkalipt yağı antiseptik vasitə kimi tətbiq edilir. Parklarda, yol kənarında və qrup əkinlərində istifadə edilə bilər.
Ədəbiyyat[redaktə | mənbəni redaktə et]
- Tofiq Məmmədov, Elman İsgəndər, Tariyel Talıbov. Azərbaycanın nadir ağac və kol bitkiləri. Bakı: Elm, 2014, 380 səh.
- ↑ Australian Plant Name Index (ing.).