Mehdi Məhərrəmov
Bu məqalənin ensiklopedik tələblərə cavab vermədiyinə dair şübhələr var. Lütfən, ensiklopedikliyi təsdiq etmək üçün məqalənin mövzusuna uyğun tərəfsiz, etibarlı mənbələr əlavə edin. Əgər belə mənbələr göstərilməzsə, məqalə birləşdirilə, köçürülə, yönləndirilə və ya silinə bilər. |
Mehdi Məhərrəmov | |
---|---|
Mehdi Əmirхan оğlu Məhərrəmov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 26 iyun 1973 |
Doğum yeri | |
Vəfat tarixi | 5 fevral 1993 (19 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı | |
Atası | Molla Əmirxan[d] |
Təhsili |
|
Hərbi fəaliyyəti | |
Rütbəsi | əsgər |
Döyüşlər |
Mehdi Məhərrəmov (26 iyun 1973, Daşkənd, Vardenis rayonu – 5 fevral 1993, Ağdərə rayonu) — Birinci Qarabağ müharibəsi iştirakçısı, itkin.[1]
Həyatı[redaktə | mənbəni redaktə et]
Mehdi Məhərrəmov 26 iyun 1973-cü ildə Göyçə mahalının Basarkeçər rayonunun Daşkənd kəndində anadan olmuşdur.[2] 1980-ci ildə Basarkeçər rayonu Daşkənd kənd orta məktəbinin I sinfinə getmişdir.
1988-ci ildə azərbaycanlıların Ermənistandan köçürülməsi zamanı ailəsi ilə birlikdə doğulduğu kənddən məcburən köçməli olmuş, Bərdə rayonunun Yeni Daşkənd kəndində məskunlaşmışdır.
Mehdi Məhərrəmov 1990-cı ildə Yeni Daşkənd kənd orta məktəbini bitirmişdir. Orta məktəbdə oxuduğu illərdə atası Molla Əmirxandan dini təhsil də almışdır.[3]
11 mart 1992-ci ildə Bərdə RHK tərəfindən hərbi xidmətə çağrılmış, Qarabağ uğrunda gedən döyüşlərin iştirakçısı olmuş, Ağdərə rayonunda gedən döyüş əməliyyatlarında N saylı hərbi hissənin bacarıqlı rabitəçisi və atıcısı kimi xidmət göstərmişdir.[4]
5 fevral 1993-cü ildə Ağdərə rayonunun Çıldıran kəndində gedən döyüşlər zamanı itkin düşmüşdür.[5] Məzarının yeri məlum deyil. Ona Bərdə rayon Xalq Məhkəməsi tərəfindən şəhid adı verilmişdir.
Ailəsi[redaktə | mənbəni redaktə et]
Subay idi. Şair Həsən Xəyallının nəvəsi, din xadimi Molla Əmirxanın oğlu, şair-zabit Əli Məhərrəmovun qardaşıdır.
Xatirəsi[redaktə | mənbəni redaktə et]
EL TV "Əsgər" verilişinin 2018-ci il tarixli "Şəhidlər" rubrikasında Mehdi Məhərrəmovun həyatı və döyüş yolu haqqında sənədli film yayımlamışdır.
24 iyun 2023-cü ildə 50 illik yubileyi qeyd olunmuş, haqqında "Göyçədən başlanan şəhidlik yolu" adlı kitab yazılmışdır.
İstinadlar[redaktə | mənbəni redaktə et]
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
- ↑ Mir Cəfər. Bərdə şəhidləri Arxivləşdirilib 2023-07-28 at the Wayback Machine. Bakı, Sabah, 2005. səh. 252
- ↑ "YENİDAŞKƏND 6 ŞƏHİD". 2023-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-04.
- ↑ Yaquboğlu, Araz. Daşkənddən Yeni Daşkəndə (PDF) (az.). Bakı: Elm və təhsil. 2023. səh. 260—261. ISBN 978-9952-568-22-6.
- ↑ "Azərbaycan rabitəsinin qurucuları və davamçıları - Müharibə veteranı və şəhid rabitəçilər. 17 avqust 2012". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-10-24.
- ↑ Bizi əsirlikdən qurtarın (davamı-13) Babayev Əlipaşa Adil oğlu [ölü keçid]
Mənbə[redaktə | mənbəni redaktə et]
- Səyyad Şairov. "Yaralı Göyçə" Bakı. Nurlan-2006. səh.39–40
- Qocaman Qocamanov "Göyçə mahalında, Daşkənd elində" "Nurlan" nəşriyyatı-2007. səh. 23
- Səyyad Şairov. "Şəhid Mehdi Məhərrəmov", Göyçə məşəli qəzeti. № 07(07). 24 aprel 2009-cu il.
- "Azərbaycan Respublikası Xatirə Kitabı", IX cild, M(M…-Məmmədov L.), Respublika Xatirə Kitabı Redaksiyası, Bakı, 2009. səh.256.
- Araz Yaquboğlu, "Ömrün şəhidlik zirvəsi", Bakı, "Elm və təhsil", 2012.
- 26 iyunda doğulanlar
- 1973-cü ildə doğulanlar
- Daşkənddə (Göyçə) doğulanlar
- 5 fevralda vəfat edənlər
- 1993-cü ildə vəfat edənlər
- 19 yaşında vəfat edənlər
- Ağdərə rayonunda vəfat edənlər
- Yasif Kərimov adına Yeni Daşkənd kənd tam orta məktəbinin məzunları
- Əlifba sırasına görə hərbi xadimlər
- Göyçədə doğulanlar
- Birinci Qarabağ müharibəsi iştirakçıları
- Birinci Qarabağ müharibəsində itkin düşənlər
- Ermənistandan deportasiya olunmuş azərbaycanlılar