Xınalı kəklik
Xınalı kəklik | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Sinif: İnfrasinif: Klad: Dəstəüstü: Klad: Dəstə: Fəsiləüstü: Fəsilə: Yarımfəsilə: Triba: Cins: ???: Xınalı kəklik |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
Xınalı kəklik[3] (lat. Alectoris chukar) — Qırqovullar fəsiləsinin dağ kəkliyi cinsinə aid quş növü.
Görünüşü[redaktə | mənbəni redaktə et]
Ölçüsü qarğadan biraz daha böyükdür. Bədən uzunluğu 35 sm, kütləsi 350-dən 800 q-dır, qanad açıqlığı 47-52 sm-dir. Boz rəngdədir. Alnından və boyunun ön ətrafından qara zolaq keçir. Dişilər kiçik ölçülərinə görə erkəklərdən fərqlənir.
Yayılması[redaktə | mənbəni redaktə et]
Qərbdə Balkan yarımadasından şərqdə Çinin Himalay dağlarına qədər ərazidə yayılmışdır. Uğurlu şəkildə Nevada və Nyu-Meksiko ştatları ərazisinə uyğunlaşmışdır. Üstəlik Yenizelandiya, Havay adaları və Cənubi Afrikaya köçürülmüşdür. 4600 metrə qədər olan səhra və meşə ətrafı ərazilərdə yayılırlar.
Səsləri[redaktə | mənbəni redaktə et]
Kifayət qədər səs-küylüdürlər. «Kok, kok, kok, kok-kok-kok» kimi uzantılı səslər çıxarırlar.
Çoxalması[redaktə | mənbəni redaktə et]
Quş yüksək məhsuldarlıdır. Dişiləri bir dəfəmə 7-22 yumurta qoya bilir. Qırt yatma dövrü 24 gündür. Quş həyatın ilk ilində yetkinliyə çatır.
Qıdalanması[redaktə | mənbəni redaktə et]
Yayda bitki və heyvan yemləri ilə qidalanır. Qışda isə qidasının əsasını dən təşkil edir.
Yarımnövləri[redaktə | mənbəni redaktə et]
Ümumilikdə 26 yarımnövə malikdir.
Bağlı vəziyyətdə saxlanılması[redaktə | mənbəni redaktə et]
Tez-tez bağlı vəziyyətdə saxlanılmasına rast gəlinir, quş döyüşlərinin pərəstişkarları arasında xüsusilə məşhurdur. Qapalı vəziyyətdə 20 ilədək yaxşı bir qayğı ilə yaşaya bilirlər.
İstinadlar[redaktə | mənbəni redaktə et]
- ↑ Integrated Taxonomic Information System (ing.). 1996.
- ↑ IOC World Bird List Version 6.3. 2016. doi:10.14344/IOC.ML.6.3
- ↑ BirdLife International. (2016). '. The IUCN Red List of Threatened Species DOI:10.2305/IUCN.UK.2016-3.RLTS.T22678691A89355978.en