İslam Namazov
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
İslam Namazov | |
---|---|
İslam İbrahim oğlu Namazov | |
Doğum tarixi | 5 yanvar 1928 |
Doğum yeri | |
Vəfat tarixi | 2003 |
Vəfat yeri | |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Elm sahəsi | neft kimyası |
Elmi dərəcəsi | |
İş yerləri | akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutu, sabiq elmi işlər üzrə direktor müavini |
Təhsili | |
Mükafatları |
|
İslam İbrahim oğlu Namazov (5 yanvar 1928, Gəncə – 2003, Bakı) — "Aşqarların texnologiyası" laboratoriyasının sabiq müdiri, texnika elmlər namizədi.Akademik Ə. Quliyev adına Aşqarlar Kimyası İnstitutunda sabiq elmi işlər üzrə direktor müavini, Azərbaycan SSR Dövlət mükafatı laureatı (1970).
Həyatı
[redaktə | vikimətni redaktə et]Namazov İslam İbrahim oğlu 1928-ci il 5 yanvar tarixində Gəncə şəhərində anadan olub. 1943-cü il Azərbaycan Sənaye Universitetinə daxil olub, 1949-cu ildə mühəndis, kimyaçı-texnoloq ixtisasını bitirmişdir. 1949-cu ildə Bakı Neftayırma zavodunda operator, daha sonra qurğu rəisi, 1950-ci ildə mühəndis, 1952-ci ildə böyük mühəndis, 1952-ci ildə baş texnoloq, 1955-ci ildə zavodun Baş mühəndis müavini, 1965-ci ildən AMEA Aşqarlar Kimyası İnstitutunda elmi işlər üzrə direktor müavini, 1972-ci ildən " Aşqarların texnologiyası" laboratoriyasının müdiri vəzifələrində işləmişdir. 1960-cı ildə namizədlik dissertasiyasını müdafiə etmişdir.
Elmi fəaliyyəti
[redaktə | vikimətni redaktə et]O, Aşqarlar Kimyası İnstitutunda sintez olunmuş CБ-3, СК-3, БФК-1,БФКу, ИХП-21, ИХП-101, AKİ-114 və AKİ-130 aşqarlarının istehsala tətbiqi üçün texnoloji proseslərin işlənib hazırlanmasında və eləcə də onların istehsalata tətbiqində yaxından iştirak etmişdir. O, institutda yaradılan effektli aşqarların istehsalı üçün fasiləsiz işləyən texnoloji proseslərin üzərində çalışmışdır.
Elmi əsərləri
[redaktə | vikimətni redaktə et]İ. Namazov 123 elmi əsərin, 3 kitabın və 30 müəlliflik şəhadətnaməsinin müəllifidir.
Məqalələri
[redaktə | vikimətni redaktə et]- Установление ресурсов циклогексана, метил- и диметилциклогексана в Сиазанской нефти, как основого сырья для производства синтетического волокна // Азерб.нефтяное хозяйство № 12 , 1959г.
- Установление в нефтях Азербайджана циклогексана, метил- и диметилциклогексана, , как основого сырья для производства синтетического волокна // Азерб.нефтяное хозяйство № 5 , 1958г.
- Исследование индивидуального углеводородного состава бензиновой фракции балаханской тяжелой нефти // Азерб.нефтяное хозяйство № 8 , 1958г.
- Исследование индивидуального углеводородного состава бензиновой фракции бибигейбатской нефти верхнего отдела // Азерб.нефтяное хозяйство № 4 , 1958г.
- Нефтепродукты как растворители пентахлорфенола // АНХ, № 11, 1964
- Синтез новых четвертичных аммониевых соединений на базе нефтяного сырья // АНХ, № 4, 1967г.
- Использование остатков от центрифугирования присадок // АНХ, № 9, 1970г.
- Отгон продукта алкилирования на установке непрерываного действия // АНХ № 4, 1971г.
- Влияние строения алкилных радикалов на качество присадок типа БФК // АНХ № 5, 1975.
Müəlliflik şəhadətnaməsi
[redaktə | vikimətni redaktə et]- Способ стабилизации бутил каучука // Авт.св-во СССР № 275370,1970г.
- Пленочный реактор // Авт.св-во СССР № 404498,1973г.
Kitabları
[redaktə | vikimətni redaktə et]- Индивидуальные углеводороды бензинов и их применение // Книга изд.Азернешр// 1976.
- Оператора по очистке светлых нефтепродуктов// Книга, изд.Азернешр.
- Предложения новаторов нефтеперерабатывающего завода им.Андреева, Книга изд.Азернешр.
Mükafatları
[redaktə | vikimətni redaktə et]- Dövlət Mükafatı laureatı (1970);
- "V. İ. Leninin 100-illik yubileyi" medalı (1970).
Mənbə
[redaktə | vikimətni redaktə et]- Академия Наук Азербайджанской ССР Институт Химии Присадок, Издательство "Элм", Баку-1977.
İstinadlar
[redaktə | vikimətni redaktə et]- 5 yanvarda doğulanlar
- 1928-ci ildə doğulanlar
- Gəncədə doğulanlar
- 2003-cü ildə vəfat edənlər
- Bakıda vəfat edənlər
- Texnika elmləri namizədləri
- Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin məzunları
- "Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı ilə təltif edilənlər
- Azərbaycan SSR Dövlət mükafatı laureatları
- Əlifba sırasına görə alimlər
- Azərbaycan alimləri
- Azərbaycanlı alimlər
- Azərbaycanlı kimyaçılar
- Texnika elmləri üzrə fəlsəfə doktorları
- AMEA Aşqarlar Kimyası İnstitutunun alimləri