İslam Namazov

İslam İbrahim oğlu Namazov (5 yanvar 1928, Gəncə2003, Bakı) — "Aşqarların texnologiyası" laboratoriyasının sabiq müdiri, texnika elmlər namizədi.Akademik Ə. Quliyev adına Aşqarlar Kimyası İnstitutunda sabiq elmi işlər üzrə direktor müavini, Azərbaycan SSR Dövlət mükafatı laureatı (1970).

İslam Namazov
İslam İbrahim oğlu Namazov
Doğum tarixi 5 yanvar 1928(1928-01-05)
Doğum yeri
Vəfat tarixi 2003
Vəfat yeri
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Elm sahəsi neft kimyası
Elmi dərəcəsi
İş yerləri akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutu, sabiq elmi işlər üzrə direktor müavini
Təhsili
Mükafatları "Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı
Azərbaycan SSR Dövlət mükafatı

Namazov İslam İbrahim oğlu 1928-ci il 5 yanvar tarixində Gəncə şəhərində anadan olub. 1943-cü il Azərbaycan Sənaye Universitetinə daxil olub, 1949-cu ildə mühəndis, kimyaçı-texnoloq ixtisasını bitirmişdir. 1949-cu ildə Bakı Neftayırma zavodunda operator, daha sonra qurğu rəisi, 1950-ci ildə mühəndis, 1952-ci ildə böyük mühəndis, 1952-ci ildə baş texnoloq, 1955-ci ildə zavodun Baş mühəndis müavini, 1965-ci ildən AMEA Aşqarlar Kimyası İnstitutunda elmi işlər üzrə direktor müavini, 1972-ci ildən " Aşqarların texnologiyası" laboratoriyasının müdiri vəzifələrində işləmişdir. 1960-cı ildə namizədlik dissertasiyasını müdafiə etmişdir.

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

O, Aşqarlar Kimyası İnstitutunda sintez olunmuş CБ-3, СК-3, БФК-1,БФКу, ИХП-21, ИХП-101, AKİ-114 və AKİ-130 aşqarlarının istehsala tətbiqi üçün texnoloji proseslərin işlənib hazırlanmasında və eləcə də onların istehsalata tətbiqində yaxından iştirak etmişdir. O, institutda yaradılan effektli aşqarların istehsalı üçün fasiləsiz işləyən texnoloji proseslərin üzərində çalışmışdır.

Elmi əsərləri

[redaktə | mənbəni redaktə et]

İ. Namazov 123 elmi əsərin, 3 kitabın və 30 müəlliflik şəhadətnaməsinin müəllifidir.

  1. Установление ресурсов циклогексана, метил- и диметилциклогексана в Сиазанской нефти, как основого сырья для производства синтетического волокна // Азерб.нефтяное хозяйство № 12 , 1959г.
  2. Установление в нефтях Азербайджана циклогексана, метил- и диметилциклогексана, , как основого сырья для производства синтетического волокна // Азерб.нефтяное хозяйство № 5 , 1958г.
  3. Исследование индивидуального углеводородного состава бензиновой фракции балаханской тяжелой нефти // Азерб.нефтяное хозяйство № 8 , 1958г.
  4. Исследование индивидуального углеводородного состава бензиновой фракции бибигейбатской нефти верхнего отдела // Азерб.нефтяное хозяйство № 4 , 1958г.
  5. Нефтепродукты как растворители пентахлорфенола // АНХ, № 11, 1964
  6. Синтез новых четвертичных аммониевых соединений на базе нефтяного сырья // АНХ, № 4, 1967г.
  7. Использование остатков от центрифугирования присадок // АНХ, № 9, 1970г.
  8. Отгон продукта алкилирования на установке непрерываного действия // АНХ № 4, 1971г.
  9. Влияние строения алкилных радикалов на качество присадок типа БФК // АНХ № 5, 1975.

Müəlliflik şəhadətnaməsi

[redaktə | mənbəni redaktə et]
  1. Способ стабилизации бутил каучука // Авт.св-во СССР № 275370,1970г.
  2. Пленочный реактор // Авт.св-во СССР № 404498,1973г.
  1. Индивидуальные углеводороды бензинов и их применение // Книга изд.Азернешр// 1976.
  2. Оператора по очистке светлых нефтепродуктов// Книга, изд.Азернешр.
  3. Предложения новаторов нефтеперерабатывающего завода им.Андреева, Книга изд.Азернешр.
  • Dövlət Mükafatı laureatı (1970);
  • "V. İ. Leninin 100-illik yubileyi" medalı (1970).
  • Академия Наук Азербайджанской ССР Институт Химии Присадок, Издательство "Элм", Баку-1977.