Dişli pirakanta
Dişli pirakanta | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Yarımtriba: Cins: Növ: Dişli pirakanta |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Dişli pirakanta (lat. Pyracantha crenulata) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin pirakanta cinsinə aid bitki növü.
Təbii yayılması[redaktə | mənbəni redaktə et]
Vətəni Şərqi Asiya və Hindistandır.
Botaniki təsviri[redaktə | mənbəni redaktə et]
Hündürlüyü 4–6 m olan, tikanlı, dağınıq budaqlı, həmişəyaşıl və ya yarım həmişəyaşıl koldur. Yarpaqları növbəli, neştərvaridir, uzunluğu 2–5 sm, kənarları dişli, çılpaq, üstü parlaq yaşıl rəngli, qısa saplaqlıdır. May-iyun aylarında çiçəkləyir. Çiçəkləri ağ rənglidir, mürəkkəb qalxanvari çiçək qrupunda yerləşir. Meyvələri xırda, alma şəkilli, qırmızı və ya narıncı rənglidir, oktyabr-noyabr aylarında yetişir. Toxumla çoxaldılır. Bitkini budadıqda müxtəlif forma vermək olur.
Ekologiyası[redaktə | mənbəni redaktə et]
Quraqlığa, istiyə, soyğa davamlı bitkidir. Torpağa tələbkar deyildir.
Azərbaycanda yayılması[redaktə | mənbəni redaktə et]
Böyük Qafqazda təbii halda rast gəlinir.
İstifadəsi[redaktə | mənbəni redaktə et]
Tək, qrup halında, canlı çəpərlərin salınmasında çox effektlidir. Xüsusilə payızda narıncı-qırmızı meyvələrlə örtüldükdə çox dekorativ olur.
İstinadlar[redaktə | mənbəni redaktə et]
- ↑ Australian Plant Name Index (ing.).