Fərid Xəlilov
Bu səhifənin səhifə silmə qaydasına əsasən silinə biləcəyi güman edilir. Əgər səhifənin silinməsinə dair etirazınız varsa, silinməyə namizəd səhifələr səhifəsində bu barədə fikrinizi bildirin. Müzakirə davam etdiyi müddət ərzində səhifədəki bu xəbərdarlığı silməyin.
Bu məqalə sonuncu dəfə 20 gün əvvəl Grenzsoldat (müzakirə | töhfələr) tərəfindən redaktə olunub. (Yenilə) |
Fərid Xəlilov | |
---|---|
Fərid Nadir oğlu Xəlilov | |
Doğum tarixi | 24 may 1983 (41 yaş) |
Doğum yeri | |
Milliyyəti | azərbaycanlı |
İxtisası | Maliyyəçi/İdarəçi |
Təhsili | |
Fəaliyyəti | Azərreyl QVK |
Fərid Nadir oğlu Xəlilov (24 may 1983, Bakı) — Azərbaycanlı maliyyəçi və idarəçi; Azərbaycan Voleybol Federasiyası Rəyast heyətinin üzvü, Azerreyl Voleybol Klubu MMC-nin prezidenti (17.05.2019 – h.h.)
Həyatı[redaktə | mənbəni redaktə et]
Fərid Nadir oğlu Xəlilov 24 may 1983-cü ildə Azərbaycan SSR-nin Bakı şəhərində anadan olmuşdur.
Təhsili[redaktə | mənbəni redaktə et]
1990-cı ildə 134 saylı Bakı şəhəri orta məktəbinə daxil olmuş, 1997-ci ildə 2 saylı Bakı şəhəri Həbib bəy Mahmudbəyov adına texniki-humanitar liseyinə keçmiş və 2000-ci ildə oradan məzun olmuşdur.
2000-2004 - cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin "İqtisadiyyatın dövlət tərəfindən idarə olunması" üzrə bakalavr təhsili, eləcə də eyni universitetdə 2005-2007-ci illərdə "Maliyyənin idarə olunması"(MBA) ixtisası üzrə magistratura pilləsində ali təhsilini fərglənmə diplomla bitirmişdir.
2006-2013-cü illərdə İngiltərənin "Charted Institute of Managerial Accounting" İnstitutunu bitirib və ABŞ-nın CFM ( Sertifikatlaşmış Maliyyə Modelləşdiliməsi ) üzrə kvalifikasiya sahibi olub.
Əmək fəaliyyəti[redaktə | mənbəni redaktə et]
2004- 2006 – cı illərdə "Amorgo Management & Consulting" şirkətində maliyyə məsləhətçisi olaraq işə başlamışdır.
2006- 2008 - cı illərdə "Detal" Ltd. şirkətində Büdcə Planlaşdırma və Nəzarət mütəxəssisi olaraq çalışmışdır.
2008-ci ildə AZMECO – Azərbaycan Metanol Şirkətin də layihə menecerinin köməkçisi vəzifəsində çalışmışdır.
2008-2009-cu illərdə "Embawood" MMC-də Maliyyəyə Nəzarətçisi olaraq çalışıb.
2009-2011-ci illərdə "Unibank" Kommersiya Bankında Maliyyə Planlaşdırma və Büdcə şöbəsinin rəhbəri vəzifəsində çalışıb.
2011-2013-cü illərdə "Aztexnika Arxivləşdirilib 2020-10-29 at the Wayback Machine" Holdinq - İdarə heyətinin üzvü, Daxili Audit Departamentinin Direktoru 2013-cü ildə "Mol Bulak" Qeyri Bank Kredit Təşkilatı – İdarə heyətinin üzvü, Baş Maliyyə Direktoru və Tender komitəsinin sədri vəzifələrində çalışmışdır.
2013-2015-ci illərdə Bakı Avropa Oyunları Əməliyyat Komitəsində Maliyyə Meneceri vəzifəsində çalışıb.
2015-2016-cı illərdə "Baygroup" şirkəti - Baş Direktor, 2019-cu ildən isə maliyyə məsləhətçisi vəzifəsində çalışır.
2016-2019-cu illərdə "PMD Group"-da müxtəlif rəhbər vəzifələrdə çalışıb.
2019-2021 – "Azerreyl Voleybol Klubu" MMC-nin Prezidenti və Azərbaycan Voleybol Federasiyasının Rəyasət heyətinin üzvüdür.
2021-2023 - "Azərbaycan Voleybol Federasiyası"nın Baş katibi
2023-hal-hazırda "Mətanət A" şirkətlər qrupunun Maliyyə Meneceri vəzifəsində çalışır
Şəxsi həyatı[redaktə | mənbəni redaktə et]
Ailəlidir, 2 övladı var.