Olena Karpenko

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Olena Karpenko
Doğum tarixi 16 sentyabr 1981(1981-09-16) (42 yaş)
Doğum yeri
Fəaliyyəti şair, müğənni, bəstəkar
Fəaliyyət illəri 1998-ci ildən
Üzvlüyü
  • Ukrayna Milli Yazıçılar Birliyi[d]
solomia.net

Olena Oleksiyivna Karpenko (ukr. Олена Олексіївна Карпенко; 16 sentyabr 1981, Kiyev) və ya səhnə adı ilə SolomiyaUkrayna müğənnisi, bəstəkarı və şairi. Olena ukrayna, ingilis və rus dillərində bəstələr hazırlayır. O, Ukraynada və xaricdə caz, blüz, rok, pop, klassik janrlarda əsərlər yazır və ifa edir.

Olenanın atası ukraynalı psixofizioloq və hüceyrə transplantoloqu Aleksey Karpenkodur. Karpenko sənətşünaslıq üzrə bakalavr dərəcəsini (2002) və jurnalistika üzrə magistr dərəcəsini (2005) Kiyev-Moqila Akademiyasının Milli Universitetində almışdır. O, Ukrayna Milli Musiqi Akademiyasında (2003–2007) Qalina Suxorukova və Lüdmila Qarmaşdan vokal dərslər almışdır.

2011-ci ildə Ukraynanın müstəqilliyinin 20 illiyi münasibətilə Avropa Şurasının rəhbərliyi tərəfindən Strasburqda Avropanın diplomatları qarşısında solo konsert verməyə dəvət olunmuşdu.

2015-ci ildə Olena "Oranta" mahnısını Nyu-York Moda Həftəsi çərçivəsində keçirilən Ukrayna moda nümayişinin əsas mahnısı kimi ifa etmişdir. Onun "Mermaid" mahnısı (sözləri ukraynalı şair Taras Şevçenkoya, musiqisi Karpenkoya aiddir) S. Biqunun "Ana ürəyi. Qonqadze" (2015) sənədli filmində yer almışdır. 2015-ci ildən Olena Karpenko "Koronatsa Slova" beynəlxalq ədəbiyyat müsabiqəsinin münsiflər heyətinə daxildir.

2016-cı ildə o, ABŞ-yə qastrol səfərləri edərək bir sıra xeyriyyə konsertləri vermiş, bütün gəlirləri Şərqi Ukraynada baş vermiş müharibə nəticəsində valideynsiz qalmış uşaqlara kömək üçün bağışlamışdır.

  1. ""Trojan Horses of TV Advertisement. Language Manipulations" (Kyiv, "Smoloskyp", 2007)". 2016-12-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-09.
  2. ""8 Women" (Kyiv, "Summir-Book", 2016)". Sbook.com.ua. 2017-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-29.
  3. ""Terra poetica — 2016" (Kyiv, "Summit-Book", 2016)". 2017-05-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-09.
  4. ""Rondo" (Kyiv, Atlantic Records, 2011)". Amazon. 2023-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-29.
  5. ""Rondo" (Kyiv, Atlantic Records, 2011)". Itunes.apple.com. 16 September 2011. 2017-12-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-29.
  6. Den Narodjennia / Birthday. Songs for Kids (Ukrainian) by Radio 4 Kids - Olena Karpenko on Amazon Music. ASIN 192 (#bad_asin).

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]