Olena Oleksiyivna Karpenko (ukr. Олена Олексіївна Карпенко; 16 sentyabr 1981, Kiyev) və ya səhnə adı ilə Solomiya — Ukrayna müğənnisi, bəstəkarı və şairi. Olena ukrayna, ingilis və rus dillərində bəstələr hazırlayır. O, Ukraynada və xaricdə caz, blüz, rok, pop, klassik janrlarda əsərlər yazır və ifa edir.
Olena Karpenko | |
---|---|
Doğum tarixi | 16 sentyabr 1981 (42 yaş) |
Doğum yeri | |
Fəaliyyəti | şair, müğənni, bəstəkar |
Fəaliyyət illəri | 1998-ci ildən |
Üzvlüyü |
|
solomia.net |
Olenanın atası ukraynalı psixofizioloq və hüceyrə transplantoloqu Aleksey Karpenkodur. Karpenko sənətşünaslıq üzrə bakalavr dərəcəsini (2002) və jurnalistika üzrə magistr dərəcəsini (2005) Kiyev-Moqila Akademiyasının Milli Universitetində almışdır. O, Ukrayna Milli Musiqi Akademiyasında (2003–2007) Qalina Suxorukova və Lüdmila Qarmaşdan vokal dərslər almışdır.
2011-ci ildə Ukraynanın müstəqilliyinin 20 illiyi münasibətilə Avropa Şurasının rəhbərliyi tərəfindən Strasburqda Avropanın diplomatları qarşısında solo konsert verməyə dəvət olunmuşdu.
2015-ci ildə Olena "Oranta" mahnısını Nyu-York Moda Həftəsi çərçivəsində keçirilən Ukrayna moda nümayişinin əsas mahnısı kimi ifa etmişdir. Onun "Mermaid" mahnısı (sözləri ukraynalı şair Taras Şevçenkoya, musiqisi Karpenkoya aiddir) S. Biqunun "Ana ürəyi. Qonqadze" (2015) sənədli filmində yer almışdır. 2015-ci ildən Olena Karpenko "Koronatsa Slova" beynəlxalq ədəbiyyat müsabiqəsinin münsiflər heyətinə daxildir.
2016-cı ildə o, ABŞ-yə qastrol səfərləri edərək bir sıra xeyriyyə konsertləri vermiş, bütün gəlirləri Şərqi Ukraynada baş vermiş müharibə nəticəsində valideynsiz qalmış uşaqlara kömək üçün bağışlamışdır.
Kitablar[redaktə | mənbəni redaktə et]
|
Digər[redaktə | mənbəni redaktə et]
|
Solo albomlar[redaktə | mənbəni redaktə et] |
Sinqllar[redaktə | mənbəni redaktə et]
|
Yığma CD-lər[redaktə | mənbəni redaktə et]
|