Qüdsi Osmanov
Qüdsi Osmanov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 16 fevral 1966 (58 yaş) |
Doğum yeri | |
Fəaliyyəti | diplomat |
Hərbi xidmət | |
Mənsubiyyəti | Sovet Sosialist Respublikaları İttifaqı |
|
|
Təltifləri |
Qüdsi Dursun oğlu Osmanov (16 fevral 1966, Noyemberyan rayonu) — Azərbaycan diplomatı, Azərbaycan Respublikasının Rumıniyada fövqəladə və səlahiyyətli səfiri.
Həyatı[redaktə | mənbəni redaktə et]
Qüdsi Osmanov 16 fevral 1966-cı ildə Ermənistan Respublikasının Noyemberyan rayonunda anadan olub.
Sankt-Peterburq Su Kommunikasiyaları Universitetini (İqtisadiyyat), Sankt-Peterburq Dövlət Universitetinin Hüquqşunaslıq və Beynəlxalq Münasibətlər fakültələrini bitirmişdir. Siyasi elmlər namizədidir. Rusiya Federasiyasının XİN nəzdində Diplomatik akademiyasının "Beynəlxalq iqtisadiyyat" fakültəsinin magistraturasını bitirmişdir.
1984–1987 — keçmiş SSRİ hərbi qüvvələr sırasında xidmət etmişdir.
Evlidir, dörd övladı var.
Karyerası[redaktə | mənbəni redaktə et]
1997–2004 — Azərbaycan Respublikasının Sankt-Peterburq şəhərindəki Fəxri konsulu vəzifəsində çalışmışdır.
2005–2013 — Azərbaycan Respublikasının Sankt-Peterburq şəhərindəki Baş konsulu vəzifəsində çalışmışdır.
2013–2016 — Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfir müavini vəzifəsində çalışmışdır.
2016-2023 - Azərbaycan Respublikasının Moldova Respublikasında fövqəladə və səlahiyyətli səfiri.[1]
9 dekabr 2023-cü ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasının Rumıniyada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.[2]
Fövqəladə və Səlahiyyətli Səfir diplomatik ranqına malikdir.
Fəaliyyət sahəsi[redaktə | mənbəni redaktə et]
- Azərbaycan ilə Rumıniya arasında iqtisadiyyat, ticarət, mədəniyyət, idman və elmi-texniki sahələrdə ikitərəfli münasibətlərin genişləndirilməsi.
- Azərbaycan Respublikasının milli maraqlarının, Azərbaycan Respublikasının Rumıniyada yaşayan vətəndaşlarının və hüquqi şəxslərinin hüquq və mənafelərinin qorunması.
Mükafatları[redaktə | mənbəni redaktə et]
- "Sankt-Peterburqun 300-illiyi", "Rusiya donanmasının 300-illiyi" və Rusiyanın görkəmli dövlət xadimi və diplomat A. M. Qorçakov adına medallar ilə təltif edilmişdir.
- Azərbaycan Respublikası Prezidentinin 09 iyul 2019 il tarixli Sərəncamı ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.[1]
- 09 iyul 2019 il tarixində Azərbaycan Respublikasının diplomatik orqanlarının 100 illiyi münasibətilə Azərbaycan Respublikasının Xarici İşlər nazirliyinin medalı ilə təltif edilmişdir.
- Moldova Respublikasının Xarici İşlər və Avropaya İnteqrasiyası Nazirliyinin "Diplomatik xidmətə görə" II dərəcəli medalı (30 oktyabr 2023-cü il)
- "Şərəf" ordeni (Moldova) (12 dekabr 2023)
- Moldova Respublikası Daxili İşlər Nazirliyinin “Əməkdaşlığa görə” medalı (27 dekabr 2023-cü il)
- Moldova Hökumətinin Fəxri Diplomu (28 dekabr 2023-cü il)[3]
İstinadlar[redaktə | mənbəni redaktə et]
- ↑ "Q.D.Osmanovun Azərbaycan Respublikasının Moldova Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2021-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-09-08.
- ↑ "Q.D.Osmanovun Azərbaycan Respublikasının Rumıniyada fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi". president.az (az.). 2023-12-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-09.
- ↑ https://azertag.az/xeber/moldovanin_bas_naziri_dorin_rechan_qudsi_osmanovu_fexri_diplomla_teltif_edib-2868571 (#bare_url_missing_title). 2023-12-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-17.
Mənbə[redaktə | mənbəni redaktə et]
- 16 fevralda doğulanlar
- 1966-cı ildə doğulanlar
- Yaşayan insanlar
- Noyemberyan rayonunda doğulanlar
- "Sankt-Peterburqun 300 illik xatirəsinə" medalı ilə təltif edilənlər
- "Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919-2019)" yubiley medalı ilə təltif edilənlər
- "Şərəf" ordeni kavalerləri (Moldova)
- 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilənlər
- Əlifba sırasına görə vəzifəli şəxslər
- Azərbaycan diplomatları
- Loru mahalında doğulanlar
- Ermənistan azərbaycanlıları
- Sankt-Peterburq Dövlət Universitetinin məzunları
- Azərbaycanın Sankt-Peterburqdakı baş konsulları