İyli bitişikmeyvə
İyli bitişikmeyvə | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Yarımtriba: Cins: Növ: İyli bitişikmeyvə |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
İyli bitişikmeyvə (lat. Symphyoloma graveolens) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin bitişikmeyvə cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir –NT. Azərbaycanın nadir, Qafqazın endemik növüdür.
Botaniki xarakteristikası
[redaktə | vikimətni redaktə et]Çoxillik ot bitkisidir. Gövdələri inkişafdan qalmışdır. Bütün yarpaqları kökətrafı, 3-9 sm uzunluğunda, sapları enli, parlaq, kənarları zarlı qına geniişlənmişdir. Çətirləri 5-7 şüalıdır. Çiçəkləri çoxsaylıdır. Meyvələri 4 mm uzunluqda, çılpaq, yastılaşmış, enli tərs-yumurtavari, bel hissədə sapvari qabırğalıdır. Sütuncuğu əyilmişdir.
Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri
[redaktə | vikimətni redaktə et]Çiçəkləmə iyul-avqust, meyvəvermə avqust aylarına təsadüf edir. Yuxarı dağ qurşağında (dəniz səviyyəsindən 2700–3000 m yüksəklikdə) daşlı töküntülərdə rast gəlinir.
Yayılması
[redaktə | vikimətni redaktə et]Daşlı töküntülərdə bitir. Azərbaycan Respublikasının Qırmızı Kitabına daxil edilmiş nadir növdür. Böyük Qafqazın Quba sahəsi və Şərq hissələrində yayılmışdır.
Sayı və tendensiyası
[redaktə | vikimətni redaktə et]Populyasiyanın təbii bərpasının iqlim amillərinin mənfi təsirlərin dəyişilməısində asılılığı müşahidə olunur. Azalma tendensiyasına meyillidir.
Məhdudlaşdırıcı amillər
[redaktə | vikimətni redaktə et]Ətraf mühitin amillərinə həssaslıq, otarılma və yayıldığı ərazilərin deqradasiyası-eroziyadır.
Mühafizə tədbirləri
[redaktə | vikimətni redaktə et]Populyasiyanın nəzarətə götürülməsi, mütəmadi monitorinqlərin aparılması tələb olunur.