Voronov armudu
Voronov armudu | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Yarımtriba: Cins: Növ: Voronov armudu |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
Voronov armudu (lat. Pyrus voronovii) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin armud cinsinə aid bitki növü.
Təbii yayılması
[redaktə | mənbəni redaktə et]Ermənistanın Meğri rayonunda Taştun, Liçk, Arevik kəndləri ərazisində arealı vardır.
Botaniki təsviri
[redaktə | mənbəni redaktə et]Hündürlüyü 9 m, şarşəkilli sıx çətirli ağacdır. Bitkinin tac hissəsi yumru olub, gövdəsi hamardır.Gövdələrdə qabığı bozumtul, çoxsaylı yarıqdır. Budaqları iynəli və qonur-boz qabıqlı, cavan zoğları parlaq, qonur-al qırmızı rənglidir. Tumurcuqları iri deyil, konusvaridir. Yarpaqları yumru-rombvari, orta hissədə daha enli, uzunluğu 7,5 sm-dək, eni 4,5 sm-dək, üstü parlaq, alt tərəfi tutqundur. Qalxanları az çiçəklidir. Meyvələri iri deyil, uzunluğu 2,5 sm-dək, yaşılımtıl, bəzən qırmızılıdır. Meyvə saplağı 2-3 sm arasında olur. Aprel ayında çiçək açır avqust ayında meyvələri yetişir.
Ekologiyası
[redaktə | mənbəni redaktə et]İşıqlı qarışıq meşələrdə, daşlı-qayalı, quru yamaclarda aşağı və orta dağ qurşaqlarında çay vadilərində rast gəlinir.
Azərbaycanda yayılması
[redaktə | mənbəni redaktə et]Naxçıvan MR-nın Şahbuz Dövlət Təbiət Qoruğunda Sərxanbiçən ərazisində 1900-2100 m yüksəkliklərdə rast gəlinir.
İstifadəsi
[redaktə | mənbəni redaktə et]Yaşıllaşdırmada tək və qrup əkinlərdə istifadəsi məqsədyönlüdür. Meyvəsindən səhiyyədə qida sənayesində müxtəlif məhsulların hazırlanmasında istifadə olunur.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ The Plant List (ing.). 2010.