Voronov armudu

Voronov armudu (lat. Pyrus voronovii) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin armud cinsinə aid bitki növü.

Voronov armudu
Elmi təsnifat
Beynəlxalq elmi adı

Təbii yayılması

[redaktə | mənbəni redaktə et]

Ermənistanın Meğri rayonunda Taştun, Liçk, Arevik kəndləri ərazisində arealı vardır.

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 9 m, şarşəkilli sıx çətirli ağacdır. Bitkinin tac hissəsi yumru olub, gövdəsi hamardır.Gövdələrdə qabığı bozumtul, çoxsaylı yarıqdır. Budaqları iynəli və qonur-boz qabıqlı, cavan zoğları parlaq, qonur-al qırmızı rənglidir. Tumurcuqları iri deyil, konusvaridir. Yarpaqları yumru-rombvari, orta hissədə daha enli, uzunluğu 7,5 sm-dək, eni 4,5 sm-dək, üstü parlaq, alt tərəfi tutqundur. Qalxanları az çiçəklidir. Meyvələri iri deyil, uzunluğu 2,5 sm-dək, yaşılımtıl, bəzən qırmızılıdır. Meyvə saplağı 2-3 sm arasında olur. Aprel ayında çiçək açır avqust ayında meyvələri yetişir.

İşıqlı qarışıq meşələrdə, daşlı-qayalı, quru yamaclarda aşağı və orta dağ qurşaqlarında çay vadilərində rast gəlinir.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Naxçıvan MR-nın Şahbuz Dövlət Təbiət Qoruğunda Sərxanbiçən ərazisində 1900-2100 m yüksəkliklərdə rast gəlinir.

Yaşıllaşdırmada tək və qrup əkinlərdə istifadəsi məqsədyönlüdür. Meyvəsindən səhiyyədə qida sənayesində müxtəlif məhsulların hazırlanmasında istifadə olunur.

  1. The Plant List (ing.). 2010.