Mancuriya alması
Mancuriya alması | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Yarımtriba: Cins: Növ: Mancuriya alması |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Mancuriya alması (lat. Malus mandshurica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin alma cinsinə aid bitki növü.
Təbii yayılması[redaktə | mənbəni redaktə et]
Primorski, Uzaq Şərq, Çin və Yaponiyada təbii halda yayılmışdır.
Botaniki təsviri[redaktə | mənbəni redaktə et]
Hündürlüyü 10 m, gövdəsinin diametri 45 sm-ə çatan, yumru çətirli ağacdır. Qabığı tünd qonur, bəzən qara, yarıqlı, budaqları çubuqvari, qırmızı-sarıdır. Tumurcuqları yumurtavari, qırmızımtıl-qonurdur. Yarpaqları enli-yumurtavari və ya əks–yumurtavari, bünövrəsi yumru, ucu ensiz, yuxarı hissəsi xırda dişli, tükcüklüdür. Çiçək qrupu çətirvari 4-8 ağ rəngdədir, iri ətirli çiçəklərin diametri 2-4 sm-dir. Mayda çiçəkləyir. Meyvələri şarşəkilli, diametri 1 sm-ə çatır, sarı qırmızımtıl çalarlı, turş- acıdır. Sentyabrda yetişir və bütün qışı ağacda qalır. Toxum yuvaları bərk qabıqlıdır.
Ekologiyası[redaktə | mənbəni redaktə et]
İşıqsevən, şaxtaya, quraqlığa davamlı, torpağa tələbkar deyildir.
Azərbaycanda yayılması[redaktə | mənbəni redaktə et]
Azərbaycanda bəzi rayonlarda mədəni şəraitdə becərilir.
İstifadəsi[redaktə | mənbəni redaktə et]
Bu dekorativ bitkidən yaşıllaşdırılmada istifadə edilə bilər, budamanı yaxşı keçirir və canlı hasarlar üçün yararlıdır.