Qafqaz zanbaqcası
Qafqaz zanbaqcası | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: Qafqaz zanbaqcası |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
||||||||
|
Qafqaz zanbaqcası (lat. Fritillaria caucasica) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin zanbaqkimilər fəsiləsinin zanbaqca cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməkdə olanlar" kateqoriyasına aiddir - EN A1c; B1ab (iii). Azərbaycanın endemik növüdür.
Qısa morfoloji təsviri
[redaktə | mənbəni redaktə et]Çoxillik ot bitkisidir, soğanağı xırdadır. Gövdəsi çılpaq, zəif, 25 sm hündürlükdədir. Yarpaqlar azsaylıdır, uzunsov və ya uzunsov-lansetşəkillidir, alt yarpaqlar bir qədər enli, üst yarpaqları çox ensiz, dar-neştərşəkilli və ya xətvaridir. Alt yarpaqlar 2 sm-ə qədər enindədir. Çiçəkləri təkdir. Çiçək yatağı zəngvarı, konusşəkilli, 2,5 sm uzunluğunda, göyümtül, bənövşəyidir.
Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri
[redaktə | mənbəni redaktə et]Çiçəkləmə aprel-iyun aylarında baş verir. Kolluqlarda, çınqıllı yamaclarda, meşə kənarlarında, orta dağ qurşağında rast gəlinir. Dekorativ bitkidir.
Yayılması
[redaktə | mənbəni redaktə et]Naxçıvanın dağlıq hissəsi (Batabat gölü), Kiçik Qafqazın şimalı, Diabar.
Sayı və tendensiyası
[redaktə | mənbəni redaktə et]Populyasiyaları azalır. Antropogen amillər itmə təhlükəsini yaradır.
Məhdudlaşdırıcı amillər
[redaktə | mənbəni redaktə et]Antropogen amillər (əhali tərəfindən yığılması, otarılma, tapdalanmaya, ətraf mühit amillərinə həssas növ olması).
Mühafizə tədbirləri
[redaktə | mənbəni redaktə et]Mühafizəsi üçün xüsusi tədbirlər görülmür. Yayılma yerlərində antropogen amillərin qarşısının alınması üçün yasaqlıqlar təşkil olunmalı, yeni yayılma sahələri axtarılmalıdır.