Həlməl
Həlməl | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: Həlməl |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Həlməl (lat. Zygophyllum) — bitkilər aləminin zygophyllales dəstəsinin üzərrikkimilər fəsiləsinə aid bitki cinsi.
Botaniki təsviri[redaktə | mənbəni redaktə et]
Hündürlüyü 40-60 (bəzən 80) sm olan çoxillik ot bitkisidir. Gövdələri yuxarı qalxdıqca dibi adətən odunlaşır. Tərs yumurtavari iki yarpaqcıqdan ibarət 1.5-3 sm uzunluqda, ətli, qeyri-bərabəryanlı yarpaqları qarşılıqlıdır. Çiçəklərinin acımtıl, aşağısı isə narıncı rəngdə olan ləçəkləri tərs yumurtaşəkillidir. Ətli, uzunluğu 15–40 mm, eni 3–5 mm olan uzunsov yuvarlaq beştərəfli prizma formalı qutucuqları qanadsız, çoxtoxumludur. Boz-mixəyi rəngli, uzunluğu 4–5 mm, eni 2.5-3.5 mm romba bənzər və ya oval formalı toxumları bozumtul, nahamar qabıqla örtülmüşdür. Aprel-iyun aylarında çiçəkləyir, iyul-oktyabr aylarında meyvə verir.[3]
Mənşəyi və yayılması[redaktə | mənbəni redaktə et]
Adi həlməl kserofil coğrafi tipinin aralıq dənizi sinfinin aralıq dənizi-iran-turan qrupuna aiddir. Aralıq dənizi, Balkan və Qaradəniz ölkələri, Orta Asiya, İran, İraq və
Qafqazda yayılmışdır. Azərbaycanda adi həlməl Abşeron, Qobustan, Samur-Dəvəçi, Xəzəryanı, Kür-araz ovalıqları, Bozqır yaylası, Kür və Naxçıvan düzənliyi, Kiçik Qafqazın cənub rayonlarında bitir.[3]
Ekoloji qrup və bitdiyi yerlər[redaktə | mənbəni redaktə et]
Halokserofitdir, səhra və alaq bitkilik tiplərində rast gəlir. Yarımsəhra, quru şoran torpaqlar, yol qıraqları, qumsal yerlərdə, boş torpaqlarda, ev və digər tikililərin yanında qruplar əmələ gətirir.[3]
Kimyəvi tərkibi[redaktə | mənbəni redaktə et]
Alkaloid, flavonoid, saponin, kumarin, piyli və efir yağları, C və K vitaminləri, triterpenoidlər, fenolkarbon turşuları ilə zəngindir.
Təsiri və tətbiqi[redaktə | mənbəni redaktə et]
Adi həlməl eksperimental və xalq təbabətində, habelə kliniki sınaqlarda geniş tətbiq edilir. Əsasən sidik kisəsi, revmatizm, dəri-zöhrəvi xəstəlikləri, irinli yara və xoralar, eləcə də
çıbanların müalicəsində istifadə olunur. Antihelmint, antiseptik, işlədici, yarasağaldıcı, damargenişləndirici, iltihab proseslərinə və zəhərlənməyə qarşı təsirə malikdir.
Əks təsirləri[redaktə | mənbəni redaktə et]
Zəhərli olduğu üçün daxilə qəbul edilərkən ehtiyatlı olmaq zəruridir.
İstifadəsi[redaktə | mənbəni redaktə et]
Müalicə məqsədi ilə bitkinin yerüstü hissəsi, kökü, meyvəsi və yarpaqları istifadə edilir. Cövhər, mazlar, plastır formalarında istifadə olunur.
Digər faydalı xüsusiyyətləri və istifadəsi[redaktə | mənbəni redaktə et]
Qönçələr zəhərli olmadığına görə onlardan şorabalar hazırlanır.
İstinadlar[redaktə | mənbəni redaktə et]
- ↑ Linney K. Genera plantarum eorumque characteres naturales, secundum numerum figuram, situm, & proportionem omnium fructificationis partium. 5 Stokholm: 1754. S. 182. doi:10.5962/BHL.TITLE.746
- ↑ Linnaeus C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 1. S. 385.
- ↑ 1 2 3 Mehdiyeva N.P. «Azərbaycanın dərman florasının biomüxtəlifliyi». Bakı, 2011