Ülkər Umudova
Ülkər Umudova | |
---|---|
Ölkə | Azərbaycan |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Son reytinqi | 2003 (iyul 2018) |
Maksimal reytinqi | 2096 (iyul 2003) |
FİDE nömrəsi | 13402382 |
Vikianbarda əlaqəli mediafayllar |
Ülkər Umudova (3 noyabr 1985, Bakı) — azərbaycanlı şahmat üzrə beynəlxalq dərəcəli hakim (2009),[1][2] məşqçi və keçmiş şahmatçı. O, FİDE-nin qadın komissiyasının üzvüdür.[3]
Həyatı[redaktə | mənbəni redaktə et]
Ülkər Umudova 3 noyabr 1985-ci ildə Bakı şəhərində ziyali ailəsində anadan olub.
2003-cü ildə 226 saylı orta məktəbi bitirib. 2003–2007-ci illərdə Bakı Dövlət Universitetində təhsil alıb.
Məktəb illərindən şahmatla məşğul olub. Azərbaycanda və xarici ölkələrdə yerli və beynəlxalq turnirlərin qalibi olub.
2003-cü ildən məşqçilik fəaliyyəti ilə məşğuldur. Azərbaycan Respublikasının əməkdar məşqçisidir.
2009-cu ildə şahmat üzrə beynəlxalq dərəcəli hakim adına layiq görülmüş[1][2] və bununla da bu adı almış ilk azərbaycanlı qadın kimi tarixə düşmüşdür.[4] Prezident kuboku, Azərbaycan çempionatları, qadınlar arasında beynəlxalq turnirlər, Avropa çempionatları, gənclər arasında olimpiada və bir sıra digər əhəmiyyətli yarışlarda baş hakim və hakim vəzifəsində Azərbaycanı təmsil etmişdir.
Şəxsi həyatı[redaktə | mənbəni redaktə et]
Ülkərin atası Məmmədağa Umudov Azərbaycanın tanınmış musiqiçisi və əməkdar incəsənət xadimidir.[5] Bacısı Nərgiz Umudova beynəlxalq dərəcəli qrosmeyster və qadınlardan ibarət Azərbaycan yığmasının keçmiş üzvüdür, digər bacısı Günay Umudova isə hazırda 1 nömrəli Şahmat Məktəbində müəllimədir.[5]
Ülkər Umudova ailəlidir, 1 övladı var.
İstinadlar[redaktə | mənbəni redaktə et]
- ↑ 1 2 "FİDE-nin Prezident Şurasının iclasında 4 həmyerlimizə beynəlxalq titulların verilməsi məsələsi müzakirə olunub". Apa.az. 11 iyul 2018 tarixində arxivləşdirilib.
- ↑ 1 2 "AZERBAIJANI CHESS PLAYERS GIVEN FIDE TITLES". Azertag.az. 11 iyul 2018 tarixində arxivləşdirilib.
- ↑ "AZERBAIJANI CHESS Commission for Women's Chess (WOM)". Fide.com. 11 iyul 2018 tarixində arxivləşdirilib.
- ↑ Beynəlxalq dərəcəli ilk azərbaycanlı qadın hakim // Apasport.az. 5 fevral 2009.
- ↑ 1 2 ""Ağ atı" ilə zirvəyə tələsən istedad". Kaspi.az.[ölü keçid]