Ülkər Umudova (3 noyabr 1985, Bakı) — azərbaycanlı şahmat üzrə beynəlxalq dərəcəli hakim (2009),[1][2] məşqçi və keçmiş şahmatçı. O, FİDE-nin qadın komissiyasının üzvüdür.[3]
Ülkər Umudova | |
---|---|
Ölkə | Azərbaycan |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Son reytinqi | 2003 (iyul 2018) |
Maksimal reytinqi | 2096 (iyul 2003) |
FİDE nömrəsi | 13402382 |
Vikianbarda əlaqəli mediafayllar |
Ülkər Umudova 3 noyabr 1985-ci ildə Bakı şəhərində ziyali ailəsində anadan olub.
2003-cü ildə 226 saylı orta məktəbi bitirib. 2003–2007-ci illərdə Bakı Dövlət Universitetində təhsil alıb.
Məktəb illərindən şahmatla məşğul olub. Azərbaycanda və xarici ölkələrdə yerli və beynəlxalq turnirlərin qalibi olub.
2003-cü ildən məşqçilik fəaliyyəti ilə məşğuldur. Azərbaycan Respublikasının əməkdar məşqçisidir.
2009-cu ildə şahmat üzrə beynəlxalq dərəcəli hakim adına layiq görülmüş[1][2] və bununla da bu adı almış ilk azərbaycanlı qadın kimi tarixə düşmüşdür.[4] Prezident kuboku, Azərbaycan çempionatları, qadınlar arasında beynəlxalq turnirlər, Avropa çempionatları, gənclər arasında olimpiada və bir sıra digər əhəmiyyətli yarışlarda baş hakim və hakim vəzifəsində Azərbaycanı təmsil etmişdir.
Ülkərin atası Məmmədağa Umudov Azərbaycanın tanınmış musiqiçisi və əməkdar incəsənət xadimidir.[5] Bacısı Nərgiz Umudova beynəlxalq dərəcəli qrosmeyster və qadınlardan ibarət Azərbaycan yığmasının keçmiş üzvüdür, digər bacısı Günay Umudova isə hazırda 1 nömrəli Şahmat Məktəbində müəllimədir.[5]
Ülkər Umudova ailəlidir, 1 övladı var.