İnese Libina-Eqnere

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
İnese Libina-Eqnere
latış. Inese Lībiņa-Egnere
bayraq
Latviya Seyminin sədr müavini
bayraq2
12 İyun 2012 – hal-hazırda
bayraq
Latviya Seyminin XI, XII və XIII çağırış deputatı
bayraq2
17 Sentyabr 2011 – hal-hazırda
Şəxsi məlumatlar
Doğum tarixi (46 yaş)
Doğum yeri Riqa, Latviya SSR
Vətəndaşlığı Latviya Latviya
Partiya «İslahatlar» Partiyası (2011—2014)
«Vahid» Partiya (2014—)
Təhsili
Fəaliyyəti siyasətçi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İnese Libina-Eqnere (d. 25 sentyabr 1977; Riqa, Latviya SSR) — latviyalı dövlət və siyasi xadim; Latviya Seyminin XI (2011–2014), XII (2014–2018) və XIII (2018—) çağırış üzvü, 12 iyun 2012-ci ildən isə Latviya Seyminin sədr müavini.

Həyatı[redaktə | mənbəni redaktə et]

İnese Libina-Eqnere 1977-ci il sentyabrın 25-də Riqa şəhərində anadan olub. 1996-cı ildə Liepaya şəhərində orta təhsilini bitirib və daha sonra Latviya UniversitetindəFrayburq Universitetində hüquqşünas ixtisası üzrə ali təhsil alıb.

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

İnese Libina-Eqnere 2007-ci ildən 2011-ci ilə qədər Latviya Prezidenti olan Valdis Zatlersin hüquq məsələləri üzrə məsləhətçidi oldu.

Deputatlığı dövrü[redaktə | mənbəni redaktə et]

İnese Libina-Eqnere 2011-ci ildə "İslahatlar" Partiyasının sıralarına üzv oldu və 2011-ci il sentyabrın 17-də baş tutan Latviya Seyminə Növbədən Kənar seçimlərdə qalib gəldi. 2012-ci il iyunun 12-də o, Latviya Seyminin sədr müavini seçildi. 2014-cü ilin may ayında İnese Libina-Eqnere, "İslahatlar" Partiyasından ayrıldı və "Vahid" Partiyanın üzvü oldu.

2014-cü ildə baş tutan Latviya Seyminə XII çağırış seçimlərdə qalib gələn İnese Libina-Eqnere, 2018-ci ildədə Latviya Seyminə üzv seçildi.

İstinadlar[redaktə | mənbəni redaktə et]