Frayburq Universiteti (alm. Albert-Ludwigs-Universität Freiburg) — Almaniyanın Baden-Vürtemberq torpağındakı Frayburq-im-Braysqau şəhərində yerləşən ali təhsil müəssisəsi.
Frayburq Universiteti | |
---|---|
47°59′39″ şm. e. 7°50′49″ ş. u.HGYO | |
Əsası qoyulub | 1457 |
Tip | Dövlət |
Tələbə sayı | 24,721 |
Şəhər | Frayburq-im-Braysqau |
Ölkə | |
Sayt | uni-freiburg.de |
Vikianbarda əlaqəli mediafayllar |
Universitetin əsası 1457-ci ildə qoyulmuşdur.
İlk dövrlərdə universitetdə 4 fakültə mövcud idisə, hazırda bunların sayı 11-ə çatıb.[2]
Avropa Tədqiqat Universitetləri Liqasına daxildir.
Universiteti Amerikanın, eləcə də Avropanın tanınmış universitetləri ilə əməkdaşlıq edir.[3] 70-dən çox ölkədən tələbələrin təhsil aldığı universitet beynəlxalq layihələr və təqaüd proqramları təqdim edir.[3] Universitet DAAD proqramı ilə birlikdə hər il xarici tələbələrin Almaniyada təhsil və kurslarda iştirak edə bilmələri üçün təqaüd proqramı hazırlayır.[3] Yalnız tələbələrə deyil, həmçinin doktorant və alimlər üçün də qısa və uzun müddətli təqaüd proqramları təqdim edir.[3]
Yay məktəblərinin təşkili burada 100 ildən çoxdur ki, ənənə halını almışdır.[4] Universitetlərin nəzdində fəaliyyət göstərən yay dil və mədəniyyət məktəbləri Almaniyanı yaxından tanımaq üçün əla imkanlar yaradır.[4] Bu özündə dil, ənənə, mədəniyyət, cəmiyyət kimi ünsürləri birləşdirir.[4] Məktəbin iştirakçıları dil kursları, müxtəlif mövzularda mühazirələr, ekskursiyalar, muzey və tarixi abidələrin birgə ziyarətindən ibarət olan çox zəngin proqramdan yararlanırlar.[4] Bundan əlavə, yay məktəbi ərzində təhsilini Frayburq Universitetində davam etdirmək istəyən şəxslər üçün alman təhsil sistemi ilə daha yaxından tanış olmaq imkanı da yaradılır.[4]
2003[6] | 2004[7] | 2005[8] | 2006[9] | 2007[10] | 2008[11] | 2009[12] | 2010[13] | 2011[14] | 2012[15] | 2013[16] | 2014[17] | 2015[18] |
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
102-151 | 88 | 90 | 93 | 94 | 96 | 101-151 | 101-150 | 102-150 | 99 | 100 | 101-150 | 101-150 |