İrəvan tramvayı
İrəvan tramvayı | |
---|---|
Tramvay sistemi | |
Ölkə | Ermənistan |
Şəhər | İrəvan |
Sistemin tipi | sərnişin |
Açılış tarixi | 1906 |
Bağlanma tarixi | 2004 |
Marşrutların sayı | 1 |
Dəmir yolunun eni | 1524 mm |
Qida növü | hava əlaqə məftili ilə elektrik |
Kontakt şəbəkəsinin gərginliyi | 600 V |
İrəvan tramvayı (erm. Երևանյան տրամվայ) — Ermənistanın paytaxtı İrəvanda fəaliyyət göstərən tramvay sistemi. İrəvanın tramvay sistemi 29 sentyabr 1906-cı ildə iş adamı Mirzoyanın maliyyə dəstəyi ilə at-dəmir yolu şəklində açılır. XX əsrin ikinci yarısında tramvayda 12-yə qədər marşrut mövcud olur. Bunlara 2 tramvay deposu xidmət göstərir.
Tramvay xətti 21 yanvar 2004-cü ildə bağlanılır. İrəvanda tramvay sisteminin bağlanması zamanı bir marşrut fəaliyyət göstərirdi. Ermənistan ərazisində yalnız İrəvan şəhərində tramvay xətti mövcud olmuşdur.
Tarix[redaktə | mənbəni redaktə et]
Ermənistanda tramvayın indiyə qədər mövcud olduğu yeganə şəhər İrəvan idi. 29 sentyabr 1906-cı ildə iş adamı Mirzoyan İrəvan şəhər at-dəmir yolu açdırı. Bu tip enli at qoşqulu tramvayı, müharibə nəticəsində məhv edildiyi 1918-ci ilin avqust ayına qədər mövcud olur[1]. 12 yanvar 1933-cü ildə tramvay elektrikləşdirilir[2]. Tramvayda vaqonların sayı orta hesabla hər beş ildən bir 25% artır və 1933-cü ildə 16 olduğu halda, 1945-ci ildə artıq 77, 1965-ci ildə isə 222 ədəd hərəkətli vaqon olur. İrəvan tramvayında iki növ tramvaydan istifadə edilir — 71–605 və RVZ-6M2. Tramvayın maya dəyəri avtobuslarla müqayisədə 2,4 dəfə yüksək olması, bahalı elektrik enerjisi və İrəvanda Kiyev körpüsündən keçərkən yaranan problemlər səbəbindən 20 iyun 2003-cü il tarixdə 7 saylı maşrut bağlanılır[3]. 21 yanvar 2004-cü ildə İrəvanda tramvay xətti rəsmi olaraq bağlanılır. Yolların əksəriyyəti sökülür, tramvaylar metal qırıntıları edilərək satılır, tramvay deposu müxtəlif özəl müəssisələr tərəfindən istifadə olunur və yarımstansiya trolleybuslara xidmət göstərir.
Hərəkət heyəti[redaktə | mənbəni redaktə et]
İrəvandakı tramvayın bağlanması zamanı hərəkət heyəti Riqa zavodunun (RVZ-6) və Ust-Katavskinin (KTM-5) vaqonlarından ibarət idi.
Anbar[redaktə | mənbəni redaktə et]
İrəvandakı tramvay xəttinə 2 depo xidmət göstərdi.
1 nömrəli anbar Arşakunyas prospektində yerləşirdi.
2 nömrəli anbar Leninqradyan küçəsində yerləşirdi. 2 nömrəli depo 2004-cü ildə fəaliyyətini dayandırır[4].
Mənbə[redaktə | mənbəni redaktə et]
- "Электротранспорт в городах бывшего СССР". 2012-12-16 tarixində arxivləşdirilib.
- "Ереван на СТТС".
- "Видео трамвайной системы Еревана в 1999 году".
- "Схема движение транспорта в Ереване, 1970-е годы".
- "фото из депо № 2 после прекращения движения трамваев".
İstinadlar[redaktə | mənbəni redaktə et]
- ↑ "сайт "transit.parovoz.com"". 2012-07-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-07.
- ↑ "сайт "transit.parovoz.com"". 2012-07-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-07.
- ↑ "De-Railed: Only one tram route remains following latest closer". 2018-10-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-07.
- ↑ "сайт "СТТС"". 2016-06-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-07.