İrəvan tramvayı

İrəvan tramvayı (erm. Երևանյան տրամվայ) — Ermənistanın paytaxtı İrəvanda fəaliyyət göstərən tramvay sistemi. İrəvanın tramvay sistemi 29 sentyabr 1906-cı ildə iş adamı Mirzoyanın maliyyə dəstəyi ilə at-dəmir yolu şəklində açılır. XX əsrin ikinci yarısında tramvayda 12-yə qədər marşrut mövcud olur. Bunlara 2 tramvay deposu xidmət göstərir.

İrəvan tramvayı
Tramvay sistemi
Ölkə  Ermənistan
Şəhər İrəvan
Sistemin tipi sərnişin
Açılış tarixi 1906
Bağlanma tarixi 2004
Marşrutların sayı 1
Dəmir yolunun eni 1524 mm
Qida növü hava əlaqə məftili ilə elektrik
Kontakt şəbəkəsinin gərginliyi 600 V

Tramvay xətti 21 yanvar 2004-cü ildə bağlanılır. İrəvanda tramvay sisteminin bağlanması zamanı bir marşrut fəaliyyət göstərirdi. Ermənistan ərazisində yalnız İrəvan şəhərində tramvay xətti mövcud olmuşdur.

Tarix[redaktə | mənbəni redaktə et]

Ermənistanda tramvayın indiyə qədər mövcud olduğu yeganə şəhər İrəvan idi. 29 sentyabr 1906-cı ildə iş adamı Mirzoyan İrəvan şəhər at-dəmir yolu açdırı. Bu tip enli at qoşqulu tramvayı, müharibə nəticəsində məhv edildiyi 1918-ci ilin avqust ayına qədər mövcud olur[1]. 12 yanvar 1933-cü ildə tramvay elektrikləşdirilir[2]. Tramvayda vaqonların sayı orta hesabla hər beş ildən bir 25% artır və 1933-cü ildə 16 olduğu halda, 1945-ci ildə artıq 77, 1965-ci ildə isə 222 ədəd hərəkətli vaqon olur. İrəvan tramvayında iki növ tramvaydan istifadə edilir — 71–605 və RVZ-6M2. Tramvayın maya dəyəri avtobuslarla müqayisədə 2,4 dəfə yüksək olması, bahalı elektrik enerjisi və İrəvanda Kiyev körpüsündən keçərkən yaranan problemlər səbəbindən 20 iyun 2003-cü il tarixdə 7 saylı maşrut bağlanılır[3]. 21 yanvar 2004-cü ildə İrəvanda tramvay xətti rəsmi olaraq bağlanılır. Yolların əksəriyyəti sökülür, tramvaylar metal qırıntıları edilərək satılır, tramvay deposu müxtəlif özəl müəssisələr tərəfindən istifadə olunur və yarımstansiya trolleybuslara xidmət göstərir.

Hərəkət heyəti[redaktə | mənbəni redaktə et]

İrəvandakı tramvayın bağlanması zamanı hərəkət heyəti Riqa zavodunun (RVZ-6) və Ust-Katavskinin (KTM-5) vaqonlarından ibarət idi.

Anbar[redaktə | mənbəni redaktə et]

İrəvandakı tramvay xəttinə 2 depo xidmət göstərdi.

1 nömrəli anbar Arşakunyas prospektində yerləşirdi.

2 nömrəli anbar Leninqradyan küçəsində yerləşirdi. 2 nömrəli depo 2004-cü ildə fəaliyyətini dayandırır[4].

Mənbə[redaktə | mənbəni redaktə et]

  • "Электротранспорт в городах бывшего СССР". 2012-12-16 tarixində arxivləşdirilib.
  • "Ереван на СТТС".
  • "Видео трамвайной системы Еревана в 1999 году".
  • "Схема движение транспорта в Ереване, 1970-е годы".
  • "фото из депо № 2 после прекращения движения трамваев".

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "сайт "transit.parovoz.com"". 2012-07-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-07.
  2. "сайт "transit.parovoz.com"". 2012-07-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-07.
  3. "De-Railed: Only one tram route remains following latest closer". 2018-10-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-07.
  4. "сайт "СТТС"". 2016-06-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-07.