Şıxçiçəkli qulançar
Şıxçiçəkli qulançar | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: Növ: Şıxçiçəkli qulançar |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Şıxçiçəkli qulançar (lat. Asparagus aethiopicus) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinin qulançar cinsinə aid bitki növü.
Təbii yayılması
[redaktə | mənbəni redaktə et]Vətəni Cənubi Afrikadır.
Botaniki təsviri
[redaktə | mənbəni redaktə et]Hündürlüyü 1,5 m-dək, həmişəyaşıl yarımkoldur. Gövdəsinin uzunluğu 150 sm-ə qədər vardır. Yastılanmış, yarpaqşəkilli, nazik, biz gövdələrin uzunluğu 3 sm-ə qədər, eni 1–3 mm-dir. Çılpaq, parlaq, hamar və ya şırımlı, sallaqdır. Parlaq yaşıl yarpaqları uzunluğu 2–4 mm-dək pulçuqlara qədər reduksiyaya uğramışdır. Yan zoğları-filokladiləri isə onlara bənzəyir. Bu növdə onlar yaşıl, uzunluğu 2–3 sm, düz və ya bir az əyilmiş, tək və ya dəstələrdə toplanmış 2–4 ədəddir. Çiçəyi xırdadır və yumşaq çiçək qrupu – salxım əmələ gətirir. Çiçəkləri ağ və ya çəhrayı, ətirlidir. Meyvələri qırmızı, çılpaq, parlaq, hamar və ya şırımlı sallaqdır. Toxumlarla və kolun bölünməsi ilə çoxaldılır.
Ekologiyası
[redaktə | mənbəni redaktə et]İşıq çatışmadıqda və torpaq quruduqda "yarpaqları" tökülür, zoğları zəif inkişaf edir. Onunla mübarizə üçün sabun məhluluna intektisid əlavə edilir.
Azərbaycanda yayılması
[redaktə | mənbəni redaktə et]Mərdəkan dendrarisində 1972-ci ildə introduksiya edilmişdir. Abşeronda mədəni şəraitda becərilir.
İstifadəsi
[redaktə | mənbəni redaktə et]Dekorativ məqsədlər üçün istifadə edilir.