Şıxçiçəkli qulançar (lat. Asparagus aethiopicus) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinin qulançar cinsinə aid bitki növü.
Şıxçiçəkli qulançar | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: Növ: Şıxçiçəkli qulançar |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Vətəni Cənubi Afrikadır.
Hündürlüyü 1,5 m-dək, həmişəyaşıl yarımkoldur. Gövdəsinin uzunluğu 150 sm-ə qədər vardır. Yastılanmış, yarpaqşəkilli, nazik, biz gövdələrin uzunluğu 3 sm-ə qədər, eni 1–3 mm-dir. Çılpaq, parlaq, hamar və ya şırımlı, sallaqdır. Parlaq yaşıl yarpaqları uzunluğu 2–4 mm-dək pulçuqlara qədər reduksiyaya uğramışdır. Yan zoğları-filokladiləri isə onlara bənzəyir. Bu növdə onlar yaşıl, uzunluğu 2–3 sm, düz və ya bir az əyilmiş, tək və ya dəstələrdə toplanmış 2–4 ədəddir. Çiçəyi xırdadır və yumşaq çiçək qrupu – salxım əmələ gətirir. Çiçəkləri ağ və ya çəhrayı, ətirlidir. Meyvələri qırmızı, çılpaq, parlaq, hamar və ya şırımlı sallaqdır. Toxumlarla və kolun bölünməsi ilə çoxaldılır.
İşıq çatışmadıqda və torpaq quruduqda "yarpaqları" tökülür, zoğları zəif inkişaf edir. Onunla mübarizə üçün sabun məhluluna intektisid əlavə edilir.
Mərdəkan dendrarisində 1972-ci ildə introduksiya edilmişdir. Abşeronda mədəni şəraitda becərilir.
Dekorativ məqsədlər üçün istifadə edilir.