Şəhriyar Ağagülov
Bu səhifənin səhifə silmə qaydasına əsasən silinə biləcəyi güman edilir. Əgər səhifənin silinməsinə dair etirazınız varsa, silinməyə namizəd səhifələr səhifəsində bu barədə fikrinizi bildirin. Müzakirə davam etdiyi müddət ərzində səhifədəki bu xəbərdarlığı silməyin.
Bu məqalə sonuncu dəfə 22 gün əvvəl Nemoralis (müzakirə | töhfələr) tərəfindən redaktə olunub. (Yenilə) |
Şəhriyar Ağagülov | |
---|---|
Şəxsi məlumatlar | |
Ləqəbi | Şimal pələngi |
Doğum tarixi | |
Doğum yeri | Quba, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Xidmət illəri | 1995 - indi |
Rütbəsi | Polkovnik |
Döyüşlər | Vətən müharibəsi |
Təltifləri |
Şəhriyar Etibar oğlu Ağagülov (20 dekabr 1977; Quba, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin polkovnik, "Azərbaycan Bayrağı" ordeni kovaleri.
Həyatı[redaktə | mənbəni redaktə et]
Şəhriyar Ağagülov 20 dekabr 1977 - ci ildə Quba rayonunun Alpan kəndində anadan olub[1]. Alpan kənd orta məktəbini əla qiymətlərlə bitirib. Hələ orta məktəbdə oxuyan zaman hərbçi olmağı qarşısına məqsəd qoyub. Bu sənəti seçməkdə atasının da tövsiyəsi əhəmiyyətli rol oynayıb. 1995 - ci ildə sənədlərini Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə verir və həmin il də qəbul olub və 1999 - cu ildə məktəbi əla qiymətlərlə bitirərək zabit kimi xidmətə başlayır. Şəhriyarın Eldəniz adlı qardaşı Birinci Qarabağ müharibəsində Ağdam istiqamətində döyüş tapşırığını yerinə yetirərkən ağır yaralanıb və 1996-cı ildə haqq dünyasına qovuşub. Kiçik qardaşı Elşən Ağagülov isə qəhrəmanlıqda ondan heç geri qalmır. Azərbaycan Ordusununun zabitidir.
Hərbi xidməti[redaktə | mənbəni redaktə et]
Azərbaycan Ordusunun polkovniki olan Şəhriyar Ağagülov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı ilk gündən sona qədər döyüşlərin komandanlarından biri olub. Hərbi hissənin qarşısına qoyulmuş tapşırıqları vaxtında və dəqiq yerinə yetirib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş qapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şəhriyar Ağagülov "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi[2].
Təltifləri[redaktə | mənbəni redaktə et]
- — III dərəcəli "Qüsursuz xidmətə görə" medalı
- — II dərəcəli "Qüsursuz xidmətə görə" medalı
- — II dərəcəli "Qüsursuz xidmətə görə" medalı
- — "Azərbaycan Silahlı Qüvvələrinin 10 illiyi" yubiley medalı
- — "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı
- — "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı
- — "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı
- (15.12.2020) — "Azərbaycan Bayrağı" ordeni
- (24.12.2020) — "Cəbrayılın azad olunmasına görə" medalı[3].
- (25.12.2020) — "Füzulinin azad olunmasına görə" medalı[4].
- (25.12.2020) — "Qubadlının azad olunmasına görə" medalı[5]
İstinadlar[redaktə | mənbəni redaktə et]
- ↑ "General-mayor Mayis Bərxudarov "Şimal pələngləri"ndən birini necə təbrik etdi?" ( (az.)). 02.01.2021. 2021-01-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 06.01.2021.
- ↑ "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı" ( (az.)). 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 06.01.2021.
- ↑ "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.12.2020-ci il tarixli Sərəncamı" ( (az.)). 24.12.2020. 2020-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 06.01.2021.
- ↑ "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 25.12.2020-ci il tarixli Sərəncamı" ( (az.)). 25.12.2020. 2020-12-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 06.01.2021.
- ↑ "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 29.12.2020-ci il tarixli Sərəncamı" ( (az.)). 29.12.2020. 2020-12-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 06.01.2021.
- Yaşayan insanlar
- 20 dekabrda doğulanlar
- 1977-ci ildə doğulanlar
- Azərbaycan polkovnikləri
- "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilənlər
- "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilənlər
- "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilənlər
- "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edilənlər
- "Qüsursuz xidmətə görə" 1-ci dərəcəli medalı ilə təltif edilənlər
- "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı ilə təltif edilənlər
- "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı ilə təltif edilənlər
- "Azərbaycan Silahlı Qüvvələrinin 10 illiyi" yubiley medalı ilə təltif edilənlər
- "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı ilə təltif edilənlər
- "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı ilə təltif edilənlər
- "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı ilə təltif edilənlər
- Əlifba sırasına görə hərbi xadimlər
- Quba rayonunda doğulanlar
- Heydər Əliyev adına Hərbi İnstitutun məzunları