Şəhriyar Ağagülov

Şəhriyar Etibar oğlu Ağagülov (20 dekabr 1977; Quba, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin polkovnik, "Azərbaycan Bayrağı" ordeni kovaleri.

Şəhriyar Ağagülov
Şəxsi məlumatlar
Ləqəbi Şimal pələngi
Doğum tarixi (46 yaş)
Doğum yeri Quba, Azərbaycan
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Xidmət illəri 1995 - indi
Rütbəsi Polkovnik
Döyüşlər Vətən müharibəsi
Təltifləri "Azərbaycan Bayrağı" ordeni — 2020 "Füzulinin azad olunmasına görə" medalı "Cəbrayılın azad olunmasına görə" medalı "Qubadlının azad olunmasına görə" medalı "Qüsursuz xidmətə görə" 1-ci dərəcəli medalı "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)" yubiley medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)" yubiley medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" yubiley medalı "Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)" yubiley medalı

Həyatı[redaktə | mənbəni redaktə et]

Şəhriyar Ağagülov 20 dekabr 1977 - ci ildə Quba rayonunun Alpan kəndində anadan olub[1]. Alpan kənd orta məktəbini əla qiymətlərlə bitirib. Hələ orta məktəbdə oxuyan zaman hərbçi olmağı qarşısına məqsəd qoyub. Bu sənəti seçməkdə atasının da tövsiyəsi əhəmiyyətli rol oynayıb. 1995 - ci ildə sənədlərini Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə verir və həmin il də qəbul olub və 1999 - cu ildə məktəbi əla qiymətlərlə bitirərək zabit kimi xidmətə başlayır. Şəhriyarın Eldəniz adlı qardaşı Birinci Qarabağ müharibəsində Ağdam istiqamətində döyüş tapşırığını yerinə yetirərkən ağır yaralanıb və 1996-cı ildə haqq dünyasına qovuşub. Kiçik qardaşı Elşən Ağagülov isə qəhrəmanlıqda ondan heç geri qalmır. Azərbaycan Ordusununun zabitidir.

Hərbi xidməti[redaktə | mənbəni redaktə et]

Azərbaycan Ordusunun polkovniki olan Şəhriyar Ağagülov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı ilk gündən sona qədər döyüşlərin komandanlarından biri olub. Hərbi hissənin qarşısına qoyulmuş tapşırıqları vaxtında və dəqiq yerinə yetirib.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş qapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şəhriyar Ağagülov "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi[2].

Təltifləri[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "General-mayor Mayis Bərxudarov "Şimal pələngləri"ndən birini necə təbrik etdi?" (az.)). 02.01.2021. 2021-01-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 06.01.2021.
  2. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı" (az.)). 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 06.01.2021.
  3. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.12.2020-ci il tarixli Sərəncamı" (az.)). 24.12.2020. 2020-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 06.01.2021.
  4. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 25.12.2020-ci il tarixli Sərəncamı" (az.)). 25.12.2020. 2020-12-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 06.01.2021.
  5. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 29.12.2020-ci il tarixli Sərəncamı" (az.)). 29.12.2020. 2020-12-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 06.01.2021.