2017 Qətər diplomatik böhranı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

2017 Qətər diplomatik böhranı — 2017-ci ilin iyun ayının ilk həftəsində Səudiyyə Ərəbistanının liderliyi ilə bir neçə ölkənin Qətər ilə diplomatik əlaqələrini kəsməsi hadisəsi[1][2]

Diplomatik əlaqələri kəsən ölkələr arasında Səudiyyə Ərəbistanı ilə eyni koalisiyada Bəhreyn, Misir, Yəmən (Hadi liderliyindəki hökumət)[3], BƏƏ, Liviya (Milli Hökumət)[4][5][6]Maldiv adaları yer almışdır. Bir gün sonra onlara İordaniya da qoşulmuş, bu ölkə "Əl-Cəzirə" kanalının lisenziyasını da ləğv etmişdir.[7]

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Qətəri terrorizmi dövlət səviyyəsində dəstəkləməkdə və Fars körfəzi ölkələrinin əməkdaşlıq şurasının 2014-cü ildə qəbul etdiyi razılaşmanı pozmaqda günahlandırdı.[8] Səudiyyə Ərəbistanı və digər ölkələr "Əl-Cəzirə" kanalını və Qətərlə İran arasındakı münasibətləri tənqid etdi. Qətər isə terrorizmlə mübarizə və hal-hazırda da davam edən İŞİD-ə qarşı hərbi əməliyyatlarda ABŞ-yə dəstək verdiyini bildirdi.[9]

İlkin təchizatın pozulması İran və Türkiyədən əlavə idxalın daxil olması ilə yüngülləşdirildi və Qətər Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyanın heç bir tələbi ilə razılaşmadığını açıqladı.[10] Koalisiyanın Qətər qarşısında qoyduğu tələblərə İranla əlaqələri dərhal kəsmək, Türkiyə ilə hərbi əməkdaşlığı dayandırmaq və "Əl-Cəzirə"nin bağlanması daxil idi.

27 iyul 2017-ci ildə Qətərin Xarici işlər naziri Məhəmməd bin Əbdülrəhman əl-Sani müxbirlərə açıqlaması zamanı Misir, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreynin "inadkarlıq" nümayiş etdirdiyini və böhranı həll etmək məqsədilə heç bir addımın atılmadığını bildirdi. Əl-Sani Təhlükəsizlik Şurası, Baş Assambleya və "bütün BMT mexanizmlərinin" mövcud situasiyanı həll etmək üçün mühüm rol oynadığını da vurğulamışdır.[11] 24 avqust 2017-ci ildə Qətər hökuməti İranla diplomatik münasibətləri tam şəkildə bərpa edəcəklərini açıqlamışdır.[12]

İstinadlar

  1. "Saudi Arabia, Bahrain and Egypt Cut Ties With Qatar". Bloomberg.com. 5 iyun 2017. 2017-06-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 iyun 2017.
  2. "Qatar row: Six countries cut links with Doha". BBC News (ingilis). 5 iyun 2017. 2018-06-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 iyun 2017.
  3. "Saudi Arabia, UAE, Egypt, Bahrain cut ties to Qatar". www.aljazeera.com. 2019-05-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-06-06.
  4. "Libya's eastern-based government cuts diplomatic ties with Qatar". 5 iyun 2017. 2017-06-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-06-06 – Reuters vasitəsilə.
  5. "Libya Breaks Off Diplomatic Relations With Qatar". sputniknews.com. 2017-06-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-06-06.
  6. "Arxivlənmiş surət". 2017-06-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-06-06.
  7. Daha bir ölkə Qətərlə əlaqələrini kəsdi - 8-ə çatdı Arxivləşdirilib 2017-11-12 at the Wayback Machine. qafqazinfo.az, 07.06.2017  (az.)
  8. "Doha's Actions May Destabilize the Region: Saudi Minister". Newsweek ME. 14 iyun 2017. 2017-06-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 avqust 2018.
  9. "Sheikh Tamim denies Qatar has links to terrorism". Khaleej Times. 25 may 2017. 11 May 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 avqust 2018.
  10. Collins, Gabriel. "Anti-Qatar Embargo Grinds Toward Strategic Failure" (PDF). Rice University’s Baker Institute for Public Policy. 2021-02-20 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-08-14.
  11. "Qatar says UN should play a role in resolving Gulf crisis". Fox News Channel. 27 iyul 2017. 2017-07-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-14.
  12. "Qatar To Reinstate Ambassador To Iran Amid Gulf Crisis". 24 avqust 2017. 2018-06-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-14.