Arif Məlikov. "Məhəbbət əfsanəsi" (film, 1987)
Arif Məlikov. "Məhəbbət əfsanəsi" | |
---|---|
Janr |
sənədli qısametrajlı |
Operator | |
İstehsalçı | "Azərbaycantelefilm" |
İlk baxış tarixi | 1987 |
Filmin növü | qısametrajlı sənədli televiziya filmi |
Ölkələr | Azərbaycan SSR |
İl | 1987 |
Texniki məlumatlar |
5 hissə 1382 metr |
Rəng | rəngli |
Arif Məlikov. "Məhəbbət əfsanəsi" qısametrajlı sənədli televiziya filmi rejissor Böyükağa Məmmədov tərəfindən 1987-ci ildə çəkilmişdir. Film "Azərbaycantelefilm"də istehsal edilmişdir. Film görkəmli Azərbaycan bəstəkarı Arif Məlikovun bütün dünyada məşhur olan "Məhəbbət əfsanəsi" baletindən bəhs edir.
Məzmun
Film görkəmli Azərbaycan bəstəkarı Arif Məlikovun bütün dünyada məşhur olan "Məhəbbət əfsanəsi" baletindən bəhs edir. Bəstəkar baletin yaranma tarixindən, onun nəinki bizim respublikamızda, həm də keçmiş SSRİ-nin ən iri teatrlarında, o cümlədən SSRİ Böyük Teatrında, S.M.Kirov adına Leninqrad Opera və Balet Teatrında, bir çox xarici ölkə teatrlarında tamaşaya qoyulması barədə danışır. Film bu sözlərlə qurtarır: "Mən "Əfsanə"nin bəstəkarıyam və hər yeni premyera mənə yeni əsərlər yazmağa impuls verir".[1]
Filmin üzərində işləyənlər
Nadejda İsmayılova
Böyükağa Məmmədov
Adil Abbas
İstinadlar
- ↑ Aydın Kazımzadə. Azərbaycan kinosu — 2 (filmlərin izahlı kataloqu (1898-2002)). Bakı: 2003, səh. 255
Həmçinin bax
Azərbaycan filmlərinin siyahısı
1987-ci ilin Azərbaycan filmləri
1980-ci illər Azərbaycan filmlərinin siyahısı