Hacı Qara (film, 2002)

Burada təkcə xəsisliyin ifşasından söhbət getmir. Ekran əsərində xalqımızın istək və arzularını, həyat tərzini, milli adət-ənənələrini əks etdirmək müəlliflərin əsas qayəsi olmuşdur. Filmdə yadelli, nankor ermənilərin zaman-zaman Azərbaycanın münbit torpaqlarına köçürülməsinə, yüksək çinli rus məmurlarının xalqımıza qarşı yeritdiyi müstəmləkə siyasətinə etiraz işarələri vardır. Bu ştrixlər personajların dialoqlarında və xarakterlərində daha qabarıq verilmişdir.

Hacı Qara
Fayl:Hacı Qara (film, 2002).jpg
Janr komediya
macəra
musiqili
məhəbbət
Rejissorlar Cahangir Mehdi
Elnur Mehdi
Əsərin müəllifi Mirzə Fətəli Axundov
Ssenari müəllifləri İsi Məlikzadə
Cahangir Mehdi
Baş rollarda Səyavuş Aslan — Hacı Qara
Elnur Mehdi — Heydər bəy
Günel Həsənzadə — Sona
Əjdər Həmidov — Kərəməli
Məlik Dadaşov — Ohan Yüzbaşı
Operator Yuri Varnovski
Bəstəkar Arif Məlikov
Rəssam Rafiq Nəsirov
İstehsalçılar "Azərbaycanfilm" Kinostudiyası
"Aydın" İstehsalat-Kommersiya Mərkəzi
İlk baxış tarixi 2002
Filmin növü tammetrajlı bədii film
Müddət 78,5 dəq.
Ölkə Azərbaycan Azərbaycan
Dil azərbaycanca
İl 2002
Texniki məlumatlar 8 hissə
2150 metr
35 mm
Rəng rəngli

Film əvvəldən axıradək bəstəkar Arif Məlikovun şux, oynaq musiqisi ilə, ayrı-ayrı obrazlar üçün yazdığı duzlu, məzəli mahnılarla müşayiət olunur. Heydər bəylə (Elnur Mehdi) Sonanın (Günel Həsənzadə) lirik məhəbbət əhvalatı filmin leytmotivini təşkil edir. Film Şərq, o cümlədən Azərbaycan kinosu üçün xarakterik olan xoşbəxt sonluqla bitir.

  • Film Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundovun eyniadlı pyesinin motivləri əsasında çəkilmişdir.
  • Bu film pyesin II ekran variantıdır. "Hacı Qara" pyesinin motivləri üzrə eyniadlı bədii film ilk dəfə 1929-cu ildə rejissor Abbasmirzə Şərifzadə tərəfindən çəkilmişdir.

Film üzərində işləyənlər

[redaktə | mənbəni redaktə et]
Əsərin müəllifi: Mirzə Fətəli Axundov
Ssenari müəllifi: İsi Məlikzadə, Cahangir Mehdi
Quruluşçu rejissor: Cahangir Mehdi, Elnur Mehdi
Quruluşçu operator: Yuri Varnovski
Quruluşçu rəssam: Rafiq Nəsirov
Bəstəkar: Arif Məlikov
Mahnıların mətni: Ramiz Rövşən
Musiqi redaktoru: Rauf Əliyev
Səs operatoru: Əsəd Əsədov
Geyim rəssamı: Mehriban Əfəndiyeva
Qrim üzrə rəssam: Telman Yunusov
Montaj: Tamilla Muxtarova
Rejissor: Adil İsmayılov
Operator: Azər Salayev
Rejissor assistenti: Mahir İbadov, Arzu Abdullayeva
Operator assistenti: Eldar Ağayev
İcraçı prodüser: Əlfi Şükürov, Ədalət Yunusov, Şamil Süleymanlı
Redaktor: Mirzəağa Atəş
Səyavuş Aslan — Hacı Qara
Əjdər Həmidov — Kərəməli
Saleh Sadıqov — molla
Muxtar Avşarov — erməni zabit
Lətifə Əliyeva — Tükəz
Rəşid Səməndər — Əsgər bəy
Rəşad Həsənov — Səfər bəy
Fuad Poladov — pristav
Ədalət Ziyadxanov — erməni Mkrtç
Arif Qasımov — erməni əkinçi
Məlik Dadaşov — Ohan Yüzbaşı
Aqil Əmirov
Günel Həsənzadə — Sona
Elnur Mehdi — Heydər bəy
İdris Rüstəmov — Əsgər

Filmi səsləndirənlər

[redaktə | mənbəni redaktə et]
Yaşar Nuri — Ohan Yüzbaşı (Məlik Dadaşov) (titrlərdə yoxdur)
  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 379.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]