Kitabi Dədə Qorqud. Basat və Təpəgöz — Arif Məhərrəmovun filmi.[2]
Kitabi Dədə Qorqud. Basat və Təpəgöz | |
---|---|
Fayl:Kitabi Dədə Qorqud. Basat və Təpəgöz (film, 2003).jpg | |
Janr | macəra |
Rejissor | Arif Məhərrəmov |
Ssenari müəllifi | Arif Məhərrəmov |
Bəstəkar | Arif Məlikov |
Rəssam | Arif Məhərrəmov |
İstehsalçı | Azanfilm[1] |
İlk baxış tarixi | 2003 |
Filmin növü | qısametrajlı cizgi filmi |
Müddət | 17 dəq. |
Ölkə | Azərbaycan |
Dil | azərbaycanca |
İl | 2003 |
Texniki məlumatlar | 3 hissə |
Rəng | rəngli |
Bu animasiya filmi “Kitabi-Dədə Qorqud” eposunun motivləri əsasında çəkilib.[3]
Köç zamanı oğlunu itirən Aruz bir gün yolda təpəsində bir gözü olan əcaib bir məxluq tapır, özüylə obaya gətirir və onu öz balası kimi böyüdür. İllər keçir Aruz itkin düşmüş oğlunu da tapır və Dədə Qorqud ona Basat adını qoyur. Artıq böyüyüb boya başa çatmış Təpəgöz bir gün insanları yeməyə başlayır. Bunu xəbər tutan el camaatı Təpəgözü obadan qovurlar. Təpəgözün anası pəri onu qır gölündə çimdirəndən sonra ona artıq heç silah təsir etmir və Təpəgöz camaatın qarşısında şərt kəsir ki, hər gün bir adam və 500 qoyun gətirməlidirlər. Yoxsa, hər yeri yerlə yeksan edəcək. Obanın belə bir çətin vəziyyətə düşdüyünü görən Dədə Qorqud "Çarə yalnız Basatdır" deyir. Gördüyü yuxu nəticəsində səfərdən yarımçıq qayıdan Basat Təpəgözə hiylə quraraq ona qalib gəlir və xalqı bəladan qurtarır.
Filmin titrləri: ...Qədim zamanlarda Oğuz elində Dədə Qorqud adlı bir ozan vardı. Tanrı onun könlünə ilham vermişdi. Qeybdən dürüst xəbərlər söylərdi. Nə desəydi çin olardı. Dədə Qorqud belə söylərmiş: Əcəl vaxtı çatmayınca kimsə ölməz. El oğlunu bəsləməklə oğul olmaz. Böyüyəndə atıb gedər, gördüm deməz. Əski pambıq bez olmaz. Əski düşmən dost olmaz.
Film 3 hissədən ibarətdir.
Azərbaycanlı kinoşünas Aygün Aslanlı bu filmi tənqid edib: Qəhrəmanlar o qədər qeyri-təbii hərəkət edirlər. Hətta ABŞ istehsalı olan dəhşətli cizgi filmlərindən daha dəhşətlidir, baxmaq olmur.[4]
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |