Artsrun Ağacanyan
Artsrun Ağacanyan | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 21 noyabr 1955 (68 yaş) |
Doğum yeri | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi, iqtisadçı |
Hərbi xidmət | |
Döyüşlər | |
Elmi fəaliyyəti | |
Elm sahəsi | ictimai idarə[d] |
parliament.am/deputies.p… |
Artsruni Knyazeviç Ağacanyan (erm. Արծրուն Ադաջանյան; 21 noyabr 1955, Ərtik) — Ermənistan siyasətçisi və dövlət xadimi.[1][2]
Həyatı[redaktə | mənbəni redaktə et]
Artsruni Knyazeviç Ağacanyan 21 noyabr 1955-ci ildə Ermənistanın Artik şəhərində anadan olmuşdur. O, 1979-cu ildə İrəvan Xalq Təsərrüfatı İnstitutunu bitirmişdir. İxtisasca iqtisadçıdır. Ağacanyan 1979–1981-ci illərdə Sovet Ordusunda hərbi xidmət keçirmişdir. O, 1981–1986 -cı illərdə Ermənistanın Şirak mərzində Ərtik rayon icraiyyə komitəsinin təlimatçısı olmuşdur. Ağacanyan 1986–1988-ci illərdə trikotaj fabrikinin direktoru olmuşdur. O, 1994-cü ilin aprelindən Qarabağ müharibəsində iştirak etmişdir. Ağacanyan 1988–1999-cu illərdə Ərtik rayon corab fabrikinin direktor müavini kimi işləmişdir. O, 30 may 1999 -cu ildə 126-cı dairə üzrə ikinci çağırış Ermənistan parlamentinin deputatı seçilmişdir. Ağacanyan "Orinats Yerkir" partiyasının üzvü olmuşdur.Buna əlavə olaraq, o, sosial məsələlər, sağlamlıq və ekologiya daimi komissiyasının üzvü olmuşdur.[1]
23 mart 2011-ci ildə 4-cü çağırışda deputatlıq səlahiyyətlərini vaxtından əvvəl tərk etmişdir.[3]
İstinadlar[redaktə | mənbəni redaktə et]
- ↑ 1 2 "2 созыв, Арцруни Князевич Агаджанян". Народное собрание Республики Армения, официальный сайт. 01.03.2019. 2019-03-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-01.
- ↑ "4 созыв, Арцруни Князевич Агаджанян". Народное собрание Республики Армения, официальный сайт. 01 марта 2019. 2019-03-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-01.
- ↑ "ԺԱՄԱՆԱԿ.Արծրուն Աղաջանյանը կհրաժարվի ԱԺ մանդատից". Еркир. 8 марта 2011. 2019-03-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-01.
Xarici keçidlər[redaktə | mənbəni redaktə et]
- 21 noyabrda doğulanlar
- 1955-ci ildə doğulanlar
- Yaşayan insanlar
- Ərtikdə doğulanlar
- Ermənistan Dövlət İqtisad Universitetinin məzunları
- Əlifba sırasına görə vəzifəli şəxslər
- Ermənistan siyasətçiləri
- Ermənistan Respublikasının Milli Məclisinin deputatları
- Ermənistan tərəfindən Birinci Qarabağ müharibəsi iştirakçıları