Azərbaycan Skautlar Assosiasiyası
Azərbaycan Skautlar Assosiasiyası ASA (Azərbaycan Skautlar Assosiasiyası) | |
---|---|
The Association of Scouts of Azerbaijan | |
Növü | qeyri-hökumət təşkilatı |
Şüar | "Daima hazır!" |
Yaranma tarixi | 11 oktyabr 1997 |
Qeydiyyat tarixi | 11 oktyabr 1997 |
Rəsmi dili | Azərbaycan dili, İngilis dili, Fransız dili |
Fəaliyyət göstərdiyi yer | Azərbaycan Respublikası |
Qurucusu | Namiq Cəfərov |
Sədr | İlyas İsmayıllı |
Üzvləri |
|
Azərbaycan Skautlar Assosiasiyası — Azərbaycan skautlarını birləşdirən assosiasiya.
Tarixi[redaktə | mənbəni redaktə et]
Azərbaycan Skautlar Assosiasiyası (ASA) 1997-ci il 11 oktyabr tarixində təsis olunmuşdur və 2000-ci il 20 avqustda Dünya Skaut Hərəkatı Təşkilatına tam hüquqlu üzv qəbul edilmişdir.[1]ASA öz fəaliyyətini Dünya Skaut Hərəkatı Təşkilatının məqsədi, prinsipləri, qanunları və qaydalarına əsasən qurmuşdur. Onun başlıca məqsədi öz ölkəsinin gənclərinin tərbiyyə olunmasına, vətənpərvər, kamil və layiqli Azərbaycan vətəndaşlarının formalaşdırılmasına kömək göstərməkdir. Bundan başqa, skaut kamplar zamanı skautlar qeyri-adi vəziyyətlərdən çıxış üsullarını, dağçılıq və s. bu kimi idman sahələrinin müasir avadanlıqlarından istifadə və yaralıya ilk tibbi yardım göstərmək qaydalarını öyrənirlər. Eyni zamanda respublikada skautlar xarici ölkələrdə keçirilən beynəlxalq gənclər tədbirlərində, kamplarda, təlim kurslarında, konfranslarda, iclaslarda iştirak etmişdir. Böyük Britaniyada "Qilvel Park" təlim mərkəzində Skaut üzvləri üçün təlim kurslarını başa vurmuş, Meksikada keçirilən skaut liderlərinin XI Ümumdünya toplantısında iştirak etmiş, ABŞ, İsveçrə, Polşa, Yunanıstan, Macarıstan, Fransa, Rusiya, Belarusiya, Gürcüstan, Almaniya, Birləşmiş Ərəb Əmirliklərində, Misirdə, Türkiyədə və digər ölkələrdə gənclərin beynəlxalq düşərgələrində birgə tədbirlərə qatılmışlar. Assosiasiya üzvləri ənənəvi olaraq hər ilin payızında internetdə və radioda gənclərin ümumdünya toplantısında iştirak edir.[2] 2023-cü ilin 1–12 avqust tarixlərində Azərbaycanlı Skautlar Koreyada keçirilən 25-ci Dünya Skaut Jamboree festivalında,[3] 2023-cü ilin sentyabr ayının 16-sından 22-dək Küveytdə, Ərəb Planlaşdırma İnstitutunda keçirilən beynəlxalq forumda iştirak ediblər.[4][5]
Tədbirlər[redaktə | mənbəni redaktə et]
- Bakı 41-ci Dünya Skaut Konfransı- Dünya Skaut Hərəkatı Təşkilatı (DSHT) və Azərbaycan Skautlar Assosiasiyasının (ASA) təşkilatçılığı ilə keçirilən beynəlxalq tədbir Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə baş tutub. Tədbir çərçivsində skaut təşkilatlarının gələcək inkişafı, onların formalaşma strategiyası və fəaliyyəti, Konstitusiyaya edilən dəyişikliklər müzakirə edilib, təşkilata yeni 9 üzvün seçilməsi mərasimi keçirilib. Konfrans çərçivəsində keçirilmiş iclasda Dünya Skaut Komitəsinə 12 yeni üzv seçilib. Qeyd edək ki, Azərbaycan Skautlar Assosiasiyasının prezidenti İlyas İsmayıllı da seçilən üzvlər sırasındadır. İlk dəfə olaraq Azərbaycan nümayəndəsi Dünya Skaut Hərəkatı Təşkilatının rəhbər orqanına daxil olub.[6][7][8][9][10]
- Bakı 13-cü Dünya Skaut Forumu - 13-cü Dünya Skaut Gənclər Forumu və 41-ci Dünya Skaut Konfransı, 161 ölkədən olan qonaqların iştirakı, miqyasına və iştirakçıların sayına görə, skautların Avrasiya bölgəsində keçirdikləri ən böyük, müsəlman ölkələri arasında isə ikinci tədbirdir.[11][12][13][14]
- Wood Badge layihəsi 2022 – Azərbaycan Skautlarının Ustadlıq Proqramı. Bu proqram skautların ən yüksək dərəcəli təlim proqramıdır və Azərbaycan Skautlar Assosiasiyasının Milli Təlim Proqramının daxilində həyata keçirilir.[15][16][17][18][19][20]
- Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin dəstəyi ilə "Ümumtəhsil məktəblərində skaut klublarının yaradılması" layihəsi – təhsil sahəsində yeni bir perspektiv yaradaraq şagirdlərimizin qeyri-formal təhsil prosesi zamanı təhsilin keyfiyyətini skaut metodu ilə yaxşılaşdırmaq, onların fiziki, intellektual, emosional, sosial, mənəvi və xarakter inkişafını dəstəkləmək məqsədilə Azərbaycan Skautlar Assosiasiyasının Milli Təlim Proqramının daxilində həyata keçirilir.[21][22][23][24]
Emblemi[redaktə | mənbəni redaktə et]
Azərbaycan Skautlar Assosiasiyasının emblemi 1997-ci ildə təsdiq edilmişdir və Azərbaycan Respublikasının üç rəngli Dövlət Bayrağının rəmzi olaraq üç ləçəyi göy, yaşıl, qırmızı rənglər ilə boyanmış zanbaq gülüdür. Zanbaq gülünün üç ləçəyi skaut andının üç prinsipini, beşguşəli ulduz isə həqiqət, biliklərə doğru irəliləməyi və skaut hərəkatının 10 qanununu ifadə edir. Riflənmiş kəndirlə əhatə olunmuş zanbaq Skaut Hərəkatının beynəlxalq nişanının əsas elementi olaraq Milli Skaut Hərəkatının Beynəlxalq hərəkat ilə vəhdətini və Azərbaycan skautlarının bütün dünya skautları ilə qardaşlığını ifadə edir.
-
1997–2013
-
2013–2018
-
2019-cu İldən etibarən yenilənmiş loqo
Struktur[redaktə | mənbəni redaktə et]
İdarə Heyəti (Milli Komitə - 13 mart 2022-ci il tarixində Bakı şəhərində keçirilmiş VIII Qurultaya əsasən)
№ | Ad, soyad və ata adı | Vəzifə | Başlama tarixi | Əlaqə vasitəsi |
---|---|---|---|---|
1 | İlyas İsmayıllı İsmiyar oğlu | Sədr, Milli Komitə üzvü | 13 mart 2022-ci il | president@scout.az |
2 | Sarxan Hacıyev Şəmsəddin oğlu | Milli Komitə üzvü | 13 mart 2022-ci il | sarkhan.hajiyev@scout.az |
3 | Emin Babayev Elçin oğlu | Milli Komitə üzvü | 13 mart 2022-ci il | emin.babayev@scout.az |
4 | Ülkər Xanlarova Akif qızı | Milli Komitə üzvü | 13 mart 2022-ci il | ulkar.khanlarova@scout.az |
5 | Zamin Məmmədov Şakir oğlu | Milli Komitə üzvü | 13 mart 2022-ci il | zamin.mammadov@scout.az |
6 | Qoşqar Qurbanov Seyfəli oğlu | Milli Komitə üzvü | 13 mart 2022-ci il | goshgar.gurbanov@scout.az |
7 | Orucəli Abbaszadə Saleh oğlu | Milli Komitə üzvü | 13 mart 2022-ci il | orujali.abbaszade@scout.az |
8 | Ülvi Məmmədov Üzeyir oğlu | Milli Baş Müvəkkil (Baş katib) | 15 may 2021-ci il | ulvi.mammadov@scout.az |
İdarə Heyəti (Milli Komitə - 23 dekabr 2018-ci il tarixində Bakı şəhərində keçirilmiş VII Qurultaya əsasən)
№ | Ad, soyad və ata adı | Vəzifə | Başlama tarixi | Əlaqə vasitəsi |
---|---|---|---|---|
1 | Emin Babayev Elçin oğlu | Sədr, Milli Komitə üzvü | 23 dekabr 2018-ci il | president@scout.az |
2 | Zamin Məmmədov Şakir oğlu | Milli Komitə üzvü | 23 dekabr 2018-ci il | zamin.mammadov@scout.az |
3 | Xəqani Məmmədov Mehdi oğlu | Milli Komitə üzvü | 23 dekabr 2018-ci il | khagani.mammadov@scout.az |
4 | Hüseyn Hüseynov Afət oğlu | Milli Komitə üzvü | 23 dekabr 2018-ci il | huseyn.huseynov@scout.az |
5 | Rüfət Əsədzadə Nizami oğlu | Milli Komitə üzvü | 23 dekabr 2018-ci il | rufat.asadzade@scout.az |
6 | Orxan Nuri Elbrus oğlu | Milli Komitə üzvü | 23 dekabr 2018-ci il | orkhan.nuri@scout.az |
7 | Ülkər Xanlarova Akif qızı | Milli Komitə üzvü | 23 dekabr 2018-ci il | ulkar.khanlarova@scout.az |
8 | Fəqan Hüseynov Məmmədhüseyn oğlu | Milli Baş Müvəkkil (Baş katib) | 2021-ci il tarixinədək | fagan.huseynov@scout.az |
9 | Ülvi Məmmədov Üzeyir oğlu | Milli Baş Müvəkkil (Baş katib) | 15 may 2021-ci il | ulvi.mammadov@scout.az |
Milli Müvəkkillər Şurası[29][redaktə | mənbəni redaktə et]
№ | Ad və soyad | Vəzifə | Başlama tarixi | Əlaqə vasitəsi |
---|---|---|---|---|
1 | Ülvi Məmmədov | Milli Baş Müvəkkil (Baş katib) | 15.05.2021 | ulvi.mammadov@scout.az |
2 | Milli Baş Müvəkkilin köməkçisi | |||
3 | Elnur Arifzadə | Milli Gənclər Proqramı üzrə Müvəkkil | 21.08.2023 | elnur.arifzada@scout.az |
4 | Milli Təlim üzrə Müvəkkili | |||
5 | Fərid Süleyman | DSHT üzrə Beynəlxalq Müvəkkil | 13.12.2020 | international@scout.az |
6 | Rezida Rzayeva | DQSQBA üzrə Beynəlxalq Müvəkkil | 26.07.2021 | rezida.rzayeva@scout.az |
7 | Könül Məmmədova | Milli Üzvlər üzrə Müvəkkil | 26.05.2023 | membership@scout.az |
9 | Günay Məmmədova | Milli Mauqli Skautlar Müvəkkili (v.m.i.e.) | 23.10.2023 | gunay.mammadova@scout.az |
10 | Milli Skautlar Müvəkkili | |||
11 | Sədaqət Allahverdiyeva | Milli Cəngavər Skautlar Müvəkkili (v.m.i.e.) | 23.10.2023 | sadagat.allahverdiyeva@scout.az |
12 | Mehman İbrahimli | Milli Səyyah Skautlar Müvəkkili (v.m.i.e.) | 23.08.2023 | mehman.ibrahimli@scout.az |
13 | Milli Etika üzrə Müvəkkil | ethics@scout.az | ||
14 | Milli Resurslar üzrə Müvəkkil | resources@scout.az | ||
15 | Milli Nişanlar və Mükafatlar üzrə Müvəkkil | |||
16 | Milli Layihələr üzrə Müvəkkil | projects@scout.az | ||
17 | Ruslan Əsgərov | Milli Böyükyaşlılar üzrə Müvəkkil (v.m.i.e.) | 23.10.2023 | adults@scout.az |
18 | Dönməz Hüseyn | Milli İctimai Əlaqələr üzrə Müvəkkil | 01.05.2022 | pr@scout.az |
№ | Ad və soyad | Vəzifə | Başlama tarixi | Əlaqə vasitəsi |
---|---|---|---|---|
1 | Ruqiyyə Məmmədova | Bakı bölgəsi üzrə Müvəkkil | 01.05.2022 | rugiyya.mammadova@scout.az |
2 | Naxçıvan bölgəsi üzrə Müvəkkil | |||
3 | Abşeron-Xızı bölgəsi üzrə Müvəkkil | |||
4 | Dağlıq Şirvan bölgəsi üzrə Müvəkkil | |||
5 | İntiqam Rzayev | Gəncə-Daşkəsən bölgəsi üzrə Müvəkkil | 06.01.2019 | intigam.rzayev@scout.az |
6 | Qarabağ bölgəsi üzrə Müvəkkil | |||
7 | Qazax-Tovuz bölgəsi üzrə Müvəkkil | |||
8 | Quba-Xaçmaz bölgəsi üzrə Müvəkkil | |||
9 | Lənkəran-Astara bölgəsi üzrə Müvəkkil | |||
10 | Mərkəzi Aran bölgəsi üzrə Müvəkkil | |||
11 | Mil-Muğan bölgəsi üzrə Müvəkkil | |||
12 | Şəki-Zaqatala bölgəsi üzrə Müvəkkil | |||
13 | Şərqi Zəngəzur bölgəsi üzrə Müvəkkil | |||
14 | Şirvan-Salyan bölgəsi üzrə Müvəkkil |
№ | Ad və soyad | Vəzifə | Başlama tarixi | Əlaqə vasitəsi |
---|---|---|---|---|
1 | Şəmistan Salmanov | Quba üzrə müvəkkil (v.m.i.e) | 23.08.2023 | guba@scout.az |
2 | Aygün Rəşidova | Xaçmaz üzrə müvəkkil | 15.05.2021 | khachmaz@scout.az |
3 | Ruslan Həsənov | Biləsuvar üzrə müvəkkil | 06.01.2019 | bilasuvar@scout.az |
4 | Famil Məmmədov | Lənkəran üzrə müvəkkil | 21.08.2023 | lankaran@scout.az |
5 | Elçin Abbasov | Cəlilabad üzrə müvəkkil | 23.08.2023 | jalilabad@scout.az |
6 | Elvin Həsilov | Qax üzrə müvəkkil | 06.01.2019 | gakh@scout.az |
7 | Leyla Hacıyeva | Balakən üzrə müvəkkil (v.m.i.e) | 06.01.2019 | balakan@scout.az |
8 | Şəki üzrə müvəkkil | shaki@scout.az | ||
9 | Şəmkir üzrə müvəkkil | shamkir@scout.az | ||
10 | Gülər Babayeva | Salyan üzrə müvəkkil | 21.08.2023 | salyan@scout.az |
11 | Göyçay üzrə müvəkkil | goychay@scout.az | ||
12 | Namiq Əzizov | Mingəçevir üzrə müvəkkil | 06.01.2019 | mingachevir@scout.az |
13 | Cəbrayıl üzrə müvəkkil | jabrayil@scout.az | ||
14 | Mirdamət Quliyev | Füzuli üzrə müvəkkil (v.m.i.e) | 23.08.2023 | fuzuli@scout.az |
15 | Şirvan üzrə müvəkkil | shirvan@scout.az |
Himni[redaktə | mənbəni redaktə et]
Hazırdır ana vətəndə igid övladlar,
Fəxri olan skaut adını daşıyanlar.
Ağır işdən qorxma, sən faydalı ol!
Sən də bizim kimi har vaxt hazır ol!
Nəqarət:
Azərbaycan və Allah qarşısında, söz vermişik biz
Hər zaman bizimlə vədimiz!
Hazır ol, hazır ol, sən seçmisən çətin yol
Cəsarətlə, skaut, hər vaxt hazır ol!
***
Skaut təvazökar, qənaətçil olmalı
Ana vətənin sərvətlərini qorumalı
Təbiətin, heyvanların müdafiəsində ol
Sən də bizim kimi har vaxt hazır ol!
***
Nəqarət:
Azərbaycan və Allah qarşısında, söz vermişik biz
Hər zaman bizimlə vədimiz!
Hazır ol, hazır ol, sən seçmisən çətin yol
Cəsarətlə, skaut, hər vaxt hazır ol
***
Pakdır səylərimiz, təmiz fikirlərimiz
Vətən eşqiylə döyünür bizim ürəyimiz
Ruhdan düşmə, və hər zaman etibarlı ol
Sən də bizim kimi har vaxt hazır ol
Nəqarət:
Azərbaycan və Allah qarşısında, söz vermişik biz
Hər zaman bizimlə vədimiz!
Hazır ol, hazır ol, sən seçmisən çətin yol
Cəsarətlə, skaut, hər vaxt hazır ol
İstinadlar[redaktə | mənbəni redaktə et]
- ↑ "Azərbaycan Skautlar Assosiasiyası (ASA)" (az.). Archived from the original on 2022-03-11. İstifadə tarixi: 11-03-2022.
- ↑ "Azərbaycan Skautlar Assosiasiyası (ASA)" (az.). Archived from the original on 2022-03-11. İstifadə tarixi: 11-03-2022.
- ↑ "Azərbaycanlı Skautlar Koreyada keçirilən 25-ci Dünya Skaut Jamboree festivalında iştirak ediblər". https://nayora.org/ (ingilis). 2023-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-28.
- ↑ "ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT - Skautlarımız Küveyt forumunda iştirak edirlər". edebiyyatveincesenet.az (az.). 2023-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-28.
- ↑ "Azərbaycan skautları Küveytdə beynəlxalq forumda iştirak edib". Avrasiya.Net (rus). 2023-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-28.
- ↑ "Bakıda 41-ci Dünya Skaut Konfransı öz işinə başlayıb VİDEO" (az.). Archived from the original on 2022-03-11. İstifadə tarixi: 11-03-2022.
- ↑ "Bakıda 41-ci Ümumdünya Skaut konfransı başlayıb" (az.). Archived from the original on 2022-03-11. İstifadə tarixi: 11-03-2022.
- ↑ "Ümumdünya Skaut Konfransı ilk dəfə Azərbaycanda" (az.). Archived from the original on 2022-03-11. İstifadə tarixi: 11-03-2022.
- ↑ "Bakıda keçirilən 41-ci Dünya Skaut Konfransı işini yekunlaşdırdı" (az.). Archived from the original on 2022-03-11. İstifadə tarixi: 11-03-2022.
- ↑ "Bu il Azərbaycan 41-ci Ümumdünya Skaut konfransına ev sahibliyi edir" (az.). İstifadə tarixi: 11-03-2022.
- ↑ "13-cü Dünya Skaut Gənclər Forumu keçirilir" (az.). Archived from the original on 2022-03-11. İstifadə tarixi: 11-03-2022.
- ↑ "Azərbaycanda 13-cü Dünya Skaut Gənclər Forumu keçirilir" (az.). Archived from the original on 2022-03-11. İstifadə tarixi: 11-03-2022.
- ↑ "Azərbaycanda 13-cü Dünya Skaut Gənclər Forumu keçirilir" (az.). Archived from the original on 2022-03-11. İstifadə tarixi: 11-03-2022.
- ↑ "Azərbaycan 13-cü Dünya Skaut Gənclər Forumu və 41-ci Dünya Skaut Konfransına ev sahibliyi edəcək" (az.). Archived from the original on 2022-03-11. İstifadə tarixi: 11-03-2022.
- ↑ "Azərbaycanda ilk dəfə "Wood Badge" beynəlxalq proqram həyata keçirilir" (az.). Archived from the original on 2022-03-12. İstifadə tarixi: 12-03-2022.
- ↑ "Azərbaycan Skautlarının Milli Təlim Proqramının liderlik kurslarına start verilib" (az.). Archived from the original on 2022-03-12. İstifadə tarixi: 12-03-2022.
- ↑ "Azərbaycanda ilk dəfə "Wood Badge" beynəlxalq tədbiri həyata keçirilir" (az.). Archived from the original on 2022-03-12. İstifadə tarixi: 12-03-2022.
- ↑ "Azərbaycanda ilk dəfə "Wood Badge" beynəlxalq proqram həyata keçirilir" (az.). Archived from the original on 2022-03-12. İstifadə tarixi: 11-03-2022.
- ↑ "Azərbaycanda ilk dəfə "Wood Badge" beynəlxalq tədbiri həyata keçirilir" (az.). Archived from the original on 2022-03-12. İstifadə tarixi: 12-03-2022.
- ↑ [Bu proqram skautların ən yüksək dərəcəli təlim proqramıdır və Azərbaycan Skautlar Assosiasiyasının Milli Təlim Proqramının daxilində həyata keçirilir. "Azərbaycanda ilk dəfə "Wood Badge" beynəlxalq proqram həyata keçirilir"] (#bad_url) (az.). İstifadə tarixi: 12-03-2022.
- ↑ "Qubada Azərbaycan Skautlar Assosiasiyasının iki layihəsi start götürüb". 24 mart 2024-cü il. 2024-03-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-08.
- ↑ "Qubada Azərbaycan Skautlar Assosiasiyasının iki layihəsi start götürüb". TehsilForumu.Az - Təhsilin İnkişafına İctimai Dəstək (ingilis). 2024-04-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-08.
- ↑ ""Skaut lideri olmaq"". Azərbaycan müəllimi (az.). 2024-04-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-08.
- ↑ "Skaut klublarının yaradılması layihəsi". 21-03-2024. 2024-04-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-08.
- ↑ "Azərbaycan Skautlar Assosiasiyasının növbəti - VIII qurultayı keçirilib". azpress.tv. 2024-04-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-08.
- ↑ "Azərbaycan Skautlar Assosiasiyasının növbəti - VIII qurultayı keçirilib | innews.media". innewsagency (az.). 2022-04-11. 2024-04-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-08.
- ↑ "Struktur" (az.). Archived from the original on 2022-03-11. İstifadə tarixi: 11-03-2022.
- ↑ "Azərbaycan Skautlar Assosiasiyasına yeni sədr seçilib" (az.). Archived from the original on 2022-03-12. İstifadə tarixi: 11-03-2022.
- ↑ "MİLLİ MÜVƏKKİLLƏR ŞURASI – Azərbaycan Skautları" (az.). 2024-04-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-08.