Bəhram Mirzə Səfəvi
Bu məqalədə bəzi məlumatlarının mənbəsi göstərilməmişdir. |
Bəhram Mirzə Səfəvi | |
---|---|
Əbül Fəth Sultan Müizəddin Bəhram Mirzə | |
1529 – 1533 | |
Əvvəlki | Sam mirzə Səfəvi |
1536 – 1537 | |
1546 – 1549 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Surluq yaylağı, Marağa, Səfəvilər dövləti |
Vəfat tarixi | 9.16.1550 |
Vəfat yeri | Həmədan yaxınlığı, Səfəvilər dövləti |
Dəfn yeri | Məşhəd |
Fəaliyyəti | şair |
Atası | Şah İsmayıl Xətai |
Anası | Şah Sultan |
Həyat yoldaşı | Zeynəbsultan xanım |
Uşağı | İbrahim mirzə Cahi |
Dini | Şiə İslam |
Əbil-Fəth Bəhram Mirzə Səfəvi (7 sentyabr 1517, Marağa, Şərqi Azərbaycan ostanı – 1549[1]) — sənətçi və ədib şahzadə.
Həyatı[redaktə | mənbəni redaktə et]
7 sentyabr 1518-ci ildə Şah İsmayıl Xətai və Şah Sultanın ikinci övladı olaraq dünyaya gəlmişdir. Saray təhsili almışdır.
Fəaliyyəti[redaktə | mənbəni redaktə et]
İctimati fəaliyyətə ilk dəfə 11 yaşında Xorasan vilayətinin hakimi kimi başlamışdır. Herat qalasında Qazi xan Təkəlinin qəyyumluğu altında yaşayan Bəhram Mirzənin hakimiyyəti özbəklərin hücumları ilə kölgələnmişdi. 1532-ci ilin yazından 1533-cü ilin oktyabrına qədər mühasirədə qalan Bəhram Mirzə 1533-cü ildə qardaşı Sam mirzə Səfəvi ilə əvəz olundu. 1534-cü ildə Azərbaycanı Osmanlıya qarşı qoruyan Bəhram, 1536-cı ildə Lahicana hakim təyin edildi. Lakin yerli xalqla əlaqəsi zəif olan Bəhram bu dəfə 1546-cı ildə Həmədana hakim təyin edildi. Əlqas mirzə Səfəvinin həbsində önəmli rol oynayan Bəhram 1550-ci ildə qəflətən vəfat etdi.
Ailəsi[redaktə | mənbəni redaktə et]
İmadəddin Şirvaninin bacısı Zeynəbsultan xanım ilə evlənmişdir. Övladları:
- Sultan Həsən mirzə Səfəvi — gənc vaxtı öldü.
- Sultan Hüseyn mirzə Səfəvi — Sistan, Qəndəhar, Zəmindəvar hakimi.
- Sultan İbrahim mirzə Səfəvi — Məşhəd, Ərdəbil, Qain hakimi.
- Sultan Bədiüzzaman mirzə Səfəvi — Sistan hakimi.
İrsi[redaktə | mənbəni redaktə et]
Bəhram Mirzə musiqiçi, şair, xəttat və rəssam idi. Rüstəm əl-Xorasani kimi rəssamlara sarayında yer vermişdi. Əsərləri Topqapı Sarayında qorunur.
Mənbə[redaktə | mənbəni redaktə et]
İstinadlar[redaktə | mənbəni redaktə et]
- ↑ Pas L. v. Bahram Safavi // Genealogics (ing.). 2003.
Ədəbiyyat[redaktə | mənbəni redaktə et]
- Bəhram Mirzə Səfəvi, Böyük İslami Ensiklopediyası, yazıçı:Məlihə Məhdəvi
- BAHRĀM MĪRZĀ İranika Ensiklopediyası, yazıçı:P. Soucek