Bədiüzzaman Səfəvi — Səfəvi şahzadəsi. I Şah İsmayılın ən kiçik oğlu və görkəmli sərkərdə Bəhram Mirzə Səfəvinin oğlu.
Bədiüzzaman Səfəvi | |
---|---|
1558 – 1577 | |
Əvvəlki | Sultan Hüseyn mirzə Səfəvi |
Şəxsi məlumatlar | |
Doğum tarixi | XVI əsr |
Vəfat tarixi | 3.26.1577 |
Vəfat yeri | Sistan |
Atası | Bəhram Mirzə Səfəvi |
Anası | Zeynəbsultan xanım |
Həyat yoldaşı | Pərixan Sultan |
Uşaqları | Zivər Sultan |
Dini | Şiə İslam |
Bədiüzzaman Mirzənin İbrahim Mirzə[a] və Sultan Hüseyn Mirzə adlı iki qardaşı olmuşdur.[7] Onların ataları Bəhram Mirzə Səfəvi 1549-cu ildə vəfat etmiş, bundan sonra Bəhram Mirzənin qardaşı və Səfəvi şahı I Təhmasib qardaşının övladlarını öz himayəsinə götürmüşdür. Hətta I Təhmasib Bədiüzzaman Mirzəni öz oğlu elan etmişdir. Bundan sonra o, 1557-ci ildə Sistanın hakimi təyin edilmiş və Təhmasibin qızı Pərixan xanım ilə evlənmişdir. Lakin Pərixan xanım Təhmasibin ən sevimli qızı olduğuna görə ona əri ilə birlikdə Sistana getmək icazəsi verilməmişdir.[8] Həmçinin bəzi qaynaqlar da bildirir ki, Pərixan xanım Bədiüzzaman Mirzə ilə sadəcə nişanlanmış, amma evlənməmişdir. Shohreh Gholsorkhi bu son iddianı daha məntiqli olduğunu bildirir. İddialara görə, Pərixan xanım Sistanda evlilik həyatındansa atası ilə yanaşı paytaxtda bürokratik həyatı seçdiyi üçün evlilik daha da uzağa getməyib.[9]
I Təhmasib 1576-cı ildə vəfat edir. O, sağlığında özünə varis seçməmişdi, buna görə də, taxt uğrunda oğlu Heydər Mirzə ilə İsmayıl Mirzə arasında mübarizə başlayır. Taxta keçən İsmayıl Mirzə bir müddət keçdikdən sonra yerinə iddialı ola biləcək bütün sülalə üzvlərini öldürtməyə başlayır. Bu prosesin bir hissəsi kimi 26 mart 1577-ci ildə Bədiüzzaman Mirzə Qəndəharda II İsmayılın əmri ilə öldürülür.[10][11]
Bundan başqa, Səfəvilərin Hindistan qolunun əsası onun qardaşı Sultan Hüseyn Mirzənin soyundan gələnlər tərəfindən qoyulmuşdur. Hüseyn Mirzənin oğlu Rüstəm Mirzə Böyük Moğol imperiyasına köçmüş, özü və özündən sonrakı övladları bu imperiyada mühüm vəzifələrdə çalışmışdırlar.[12][13]