Lahican (fars. لاهیجان, Lāhījān) — İranın Gilan ostanında yerləşən şəhər, Lahican şəhristanının mərkəzi. 2006-cı ildə əhalisinin sayı 71871 nəfər olmuşdur.[3] Şəhər Əlburz dağlarının cənub yamacında yerləşir. Şəhərdəki tikililərdə və memarlıq abidələrində klassik və modern üslublar bir arada yer alır. Bu səbəbdən İranın önəmli turizm mərkəzlərindən biridir. Şəhər Səfidrud çayının sahilindədir. Qədim zamanlarda Şərqi Gilan bölgəsinin paytaxtı və ticarət mərkəzi olmuşdur. Şəhər daha çox çayı ilə tanınır.
Lahican | |
---|---|
37°12′26″ şm. e. 50°00′14″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 4 m[2] |
Əhalisi | |
Əhalisi | 71.871 nəfər (2006) |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +98 141 |
Digər | |
lahijan.ir | |
Vikianbarda əlaqəli mediafayllar |
İran haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |