Başxanım Şəfiqızı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Başxanım Şəfiqızı
Rəsulova Başxanım Şəfi qızı
Şəklin rəssamı İttifaq Zeynalov
Şəklin rəssamı İttifaq Zeynalov
Doğum tarixi 1880
Doğum yeri
Vəfat tarixi 18 noyabr 1958(1958-11-18)
Vəfat yeri
Dəfn yeri
Fəaliyyəti şairə
Vikimənbənin loqosu Başxanım Şəfiqızı Vikimənbədə

Başxanım Şəfiqızı (1880, Daşkənd, Yeni Bəyazid qəzası18 noyabr 1958, Daşkənd, Basarkeçər rayonu) — Göyçə mahalında yaşamış şairə.

Həyatı[redaktə | mənbəni redaktə et]

Rəsulova Başxanım Şəfi qızı 1880-ci ildə Göyçə mahalının Daşkənd kəndində ruhani ailəsində anadan olmuşdur. Atası Axund Şəfi, qardaşları Molla Mehdi və Hacı Rəhim dövrünün mütərəqqi ziyalısı olmuşdur.

Qardaşı Hacı Rəhim 1905-ci və 1918-ci illərdə daşnaqlara qarşı vuruşan və bu yolda şəhid olan ən cəsur igidlərdən olmuşdur. Başxanım da atası və qardaşlarından ərəbfars dilində yazıb oxumağı öyrənmişdir.

Səxavətdə, mərhəmətdə Hatəmi-Taun qədər ad-san qazanan Başxanım hazırcavablığı ilə də Göyçə mahalında məşhur qadınlardan olmuşdur.

Böyük Vətən müharibəsindən oğlu Nəsib (1909–1941/45) və İkinci dünya müharibəsindən oğlu Zülfiqarın (1912–1939/45) qayıtmaması, həyat yoldaşı Məhərrəmin (1873–1953) gözlərinin tez tutulması və onun da vəfatı Başxanımı çox sarsıtmışdır.

Başxanım Şəfiqızı 18 noyabr 1958-ci ildə doğma vətəni Daşkənd kəndində vəfat etmiş və Daşkənd qəbiristanlığında dəfn edilmişdir.

Haqqında yazılanlar[redaktə | mənbəni redaktə et]

Başxanım Şəfiqızının həyatı və yaradıcılığı haqqında bir neçə kitabda məlumat verilmişdir:

  • 1991-ci ildə "Gənclik" nəşriyyatında çap olunan Əzizə Cəfərzadənin "Azərbaycanın aşıq və şair qadınları" kitabında Başxanım Şəfiqızının qoşmalarıbayatıları nəşr olunmuşdur (səh 157–159).
  • 1998-ci ildə Gəncə nəşriyyatında çap olunan Sərraf Şiruyənin "Bu ocağın odu sönməz" kitabında (səh. 6–10).
  • 2005-ci ildə "Avrasiya press" nəşriyyatında çap olunan "Azərbaycan qadın şairləri antologiyası" kitabında (səh. 129–130)
  • 2006-cı ildə "Nurlan" nəşriyyatında çap olunan Araz Yaquboğlunun "Bir kökün budaqları" kitabında Başxanım Şəfiqızının gəraylısı, qoşmalarıbayatıları nəşr olunmuşdur (səh 8–14).
  • 2006-cı ildə "Nurlan" nəşriyyatında çap olunan Araz Yaquboğlunun "Elin yaddaşında yaşayan ömür" kitabında Başxanım Şəfiqızının həyatı haqqında geniş məlumat verilmişdir.
  • 2010-cu ildə "MBM" mətbəəsində çap olunan "Aşıq qadınların antologiyası" kitabında Başxanım Şəfiqızının gəraylısı, qoşmalarıbayatıları nəşr olunmuşdur (səh 42–45).

İstinadlar[redaktə | mənbəni redaktə et]

Mənbə[redaktə | mənbəni redaktə et]